Hud surəsi - Ayə: 80
Hud surəsi 80. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 80 MÖHSÜN QƏRAƏTİ.
“(Həzrət Lut) dedi: “Kaş ki, sizə qarşı bir gücüm olaydı, ya da möhkəm
bir arxaya sığınaydım!”
Nöqtələr
◘Həzrət Lut bu ayədə buyurur ki, əgər mənim mö`min tərəfdarlarım olsaydı,
sizinlə mübarizə edib, qonaqlarımın müdafiəsinə qalxar, ən azı əmin-aman bir
yerə aparardım.
◘İslam Peyğəmbərindən (s) nəql olunmuş bir hədisdən belə anlaşılır ki, o,
dünyaya vida deyib Allaha qovuşdu və öz qövmünün şərindən azad oldu.
◘Həmcinsbazlıq böyük günahlardandır. Bu günahın cəzası e`dam və qamçıdır.
Uyğun cəza günahkarın e`tirafı və ya ədalətli şəxslərin şəhadəti ilə icra olunur.
Qur`an və hədislərdə livatın (həmcinsbazlıq) günahı
◘Qur`anın müxtəlif ayələrində həzrət Lut və onun qövmünün əhvalatı bəyan
olunmaqla bu qövmün çirkin əməli böyük günah kimi tanıtdırılır və ciddi şəkildə
haram buyurulur. Uyğun günahla bağlı bə`zi tə`birləri nəzərdən keçirək. Çirkin iş; israf, günah, zülm, xəbislik, cəhalət, azğınlıq.
◘Rəvayətlərdə də bu günahla bağlı sərt hədələr nəzərə çarpır. Rəvayətlərdə
bildirilir ki, əgər bir cavanla livat edilsə, Allahın ərşi lərzəyə gələr və qiyamətdə
Allah onlarla danışmaz.
İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir şəxsi iki dəfə
daşqalaq etmək qərarı çıxarılsa, o şəxs livat əhlidir.” Həzrət Peyğəmbər (s)
buyurmuşdur: “Başqalarını livata çağıran şəxs xalqı özünə livata də`vət edənədək
dünyadan köçməz.” Livatda hər iki tərəf e`dam olunur. Belə bir cəzanın səbəbi,
rəvayətlərə əsasən, həmin günahın insan nəslini kəsməsi və fəsaddır.
◘Rəvayətlərdə özünü kişiyə oxşadan qadınlar və özünü qadına oxşadan kişilər
çirkin livat əməli üçün zəmin yaratdıqlarından şiddətlə məzəmmət olunurlar.
Bildirişlər
1. İnsan günah nəticəsində elə məsx olur (dəyişilir) ki, ən təbii yol ona çirkin,
ən çirkin yol ona gözəl görünür.
2. Qüdrət, imkan, tərəfdar sahibi olmaq cəmiyyəti islah etmək fikrində olan
peyğəmbər və islahatçıların ilkin istəyidir.
3. Əgər qüdrət, hökumət, təşkilat və silahlı qüvvə olmasa, peyğəmbərlər də
çirkin işlərin qarşısını ala bilməz.
4. Çalışaq ki, fəsadın qarşısını alaq. Bunu bacarmadıqda günahkar mühitdən
uzaqlaşaq.
5. Bə`zən peyğəmbərlər də öz qövmləri arasında qərib olmuşlar.
6. Qonağın müdafiəsi və onun təhqirinin qarşısının alınması üçün atılan hər bir
addım zəruridir.