Hud surəsi · 76-cı ayə

«Ey İbrahim, bundan (bu vasitəçilikdən) əl çək ki, şübhəsiz artıq (mələklərə) Rəbbinin (onların əzabı barədəki) əmri yetişmişdir və onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Allahın Lut qövmü ilə bağlı qərarı qəti olduğundan mələklər İbrahimin
şəfaət istəyinə belə cavab verdilər:) “Ey İbrahim! Bundan gözünü çək.
Həqiqətən, Allahın fərmanı çıxarılıb və qarşısı alınmaz əzab hökmən onları
yaxalayacaq.”


Nöqtələr
◘74-cü ayədə həzrət İbrahim Lut qövmünə əzabla bağlı mübahisəyə başladı.
76-cı ayədə buyurulur ki, ey İbrahim, bu mübahisədən əl çək. Bu iki ayə arasında
İbrahimin şəxsiyyət və məqamının qorunması üçün onun yalnız canıyananlıqdan
mübahisəyə qatıldığını önə çəkmək məqsədi ilə bu Allah peyğəmbərinin
həlimliyi, ah-nalə əhli olması, təslimçiliyi qeyd olunur.
Bildirişlər
1. Peyğəmbərlər bəşəriyyətin ən canıyanan rəhbərləridirlər. Onlar öz
dözümləri, ah-nalələri, duaları ilə xalqın qurtuluşu üçün çalışırlar.
2. Hər hansı xəbərdarlıqda insanın məqam və şəxsiyyəti gözlənilməlidir.
3. İbrahim şəfaət istədiyi vaxt əzabın qətiliyindən xəbərsiz idi.
4. Allahın əzabı da tərbiyə məqsədi ilə nazil olur.
5. Bə`zən peyğəmbərlərin də şəfaəti qəbul olunmur. Allahın fərmanı qəti
olduqda heç bir məqam onun qarşısını ala bilməz.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 76-cı ayə haqqında suallar və cavablar

Hud surəsinin 76-cı ayəsi nə haqqındadır?
«Ey İbrahim, bundan (bu vasitəçilikdən) əl çək ki, şübhəsiz artıq (mələklərə) Rəbbinin (onların əzabı barədəki) əmri yetişmişdir və onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir».
Hud surəsi 76-cı ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 76-cı ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 76-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 76-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 76-cı ayənin təfsiri nədir?
“(Allahın Lut qövmü ilə bağlı qərarı qəti olduğundan mələklər İbrahiminşəfaət istəyinə belə cavab verdilər:) “Ey İbrahim! Bundan gözünü çək.Həqiqətən, Allahın fərmanı çıxarılıb və qarşısı alınmaz əzab hökmən onlarıyaxalayacaq.” Nöqtələr◘74-cü ayədə həzrət İbrahim Lut qövmünə əzabla bağlı mübahisəyə başladı.76-cı ayədə buyurulur ki, ey İbrahim, bu mübahisədən əl çək. Bu iki ayə arasındaİbrahimin şəxsiyyət və məqamının qorunması üçün onun yalnız canıyananlıqdanmübahisəyə qatıldığını önə çəkmək məq...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.