Hud surəsi · 74-cü ayə

Beləliklə, elə ki, İbrahimin qorxusu getdi və (övlad) müjdə(si) ona yetişdi, Lut qövmü barəsində bizim (mələklərimiz)lə söhbət və mübahisə etməyə başladı.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 74
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Elə ki, qorxu və dəhşət İbrahimdən uzaqlaşdı və ona (övladla bağlı)
müjdə gəldi, Bizimlə Lut–qövmü haqqında (onlara şəfaət vermək məqsədi
ilə) mübahisəyə başladı.”


Nöqtələr
◘Həzrət İbrahimin mübahisəsi, “Ənkəbut” surəsinin 31-ci ayəsində bəyan
olunmuş mübahisə ola bilər. İbrahim mələklərə dedi: “Həzrət Lut, Allahın
peyğəmbəri həmin məntəqədə olduğu halda oranı necə alt-üst edirsiniz?!” Onlar
cavab verdilər: “Biz onların halından tam xəbərdarıq, Lut və onun ardıcıllarına
nicat verərik.”

Bildirişlər
1. Elm ruhi aramlıq üçün müqəddimədir. (İbrahim məsələdən agah olub
arxayınlaşdı.)
2. Peyğəmbərlərdəki qorxu ötəri bir haldır.
3. Əvvəlcə təhlükəni aradan qaldırmaq, sonra mərhəmət diləmək lazımdır.
4. Ruhi aramlıq həmnövlərə diqqət (insanın insana diqqəti) üçün zəmindir.
5. Həyəcanlı vaxtda qərar qəbul etməyək.
6. Ne`mətlə bağlı müjdə bizi başqalarının taleyindən xəbərsiz qoymasın.
7. Peyğəmbərlər öz tabeçiliklərində olanların fikrindədirlər.
8. Təkcə öz qövmümüz və tayfamızın fikrini çəkməyək.
9. İlahi müqəddərat qətiləşmədiyi bir vaxt israrın, şəfaət diləməyin, dua və
təvəssülün tə`siri var.
10. Allahın mələkləri və mə`murları ilə mübahisə Allahla mübahisədir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 74-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 74-cü ayəsi nə haqqındadır?
Beləliklə, elə ki, İbrahimin qorxusu getdi və (övlad) müjdə(si) ona yetişdi, Lut qövmü barəsində bizim (mələklərimiz)lə söhbət və mübahisə etməyə başladı.
Hud surəsi 74-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 74-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 74-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 74-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 74-cü ayənin təfsiri nədir?
“Elə ki, qorxu və dəhşət İbrahimdən uzaqlaşdı və ona (övladla bağlı)müjdə gəldi, Bizimlə Lut–qövmü haqqında (onlara şəfaət vermək məqsədiilə) mübahisəyə başladı.” Nöqtələr◘Həzrət İbrahimin mübahisəsi, “Ənkəbut” surəsinin 31-ci ayəsində bəyanolunmuş mübahisə ola bilər. İbrahim mələklərə dedi: “Həzrət Lut, Allahınpeyğəmbəri həmin məntəqədə olduğu halda oranı necə alt-üst edirsiniz?!” Onlarcavab verdilər: “Biz onların halından tam xəbərdarıq, Lut və onun ardıcıllarınanicat verərik.” Bildirişlər1. E...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.