Hud surəsi · 69-cu ayə

Həqiqətən Bizim (mələklərdən olan) elçilərimiz İbrahimə (oğlu olacağı və Lut qövmünün həlak olması barədə) müjdə gətirdilər. Onlar salam verdilər, o da salam verdi. Sonra, dayanmadan (qonaqlar üçün) qumların üzərində qızardılmış və yağı daman bir buzov gətirdi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 69
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Həqiqətən, Bizim elçilərimiz İbrahimə müjdə gətirib dedilər: “Salam.”
(İbrahim) dedi: “Salam.” Çox ötmədi ki, onlara (qonaqlıq üçün) qızarmış bir
buzov gətirdi.”


Bildirişlər
1. Mələklər Allahın izni ilə insan şəklinə düşə bilirlər.
2. Sözə salamla başlamaq lazımdır.
3. Salam səmavi bir şüar, ilahi bir qaydadır.
4. Salama gözəl tərzdə cavab verilməlidir.
5. Qonaq qəbulunda iti olmaq lazımdır.
6. Tanınmayan bir şəxsi də qonaq qəbul etmək dəyərdir.
7. Peyğəmbərlər qonaqpərvər və səxavətli idilər.
8. Qonaqdan aclığı və nə yemək istədiyi barədə soruşmayaq.
9. Qonağa özümüz xidmət edək.
10. Qonağı xörəyin yanına yox, xörəyi qonağın yanına aparaq.
11. Qonağı yaxşı şəkildə qəbul etmək lazımdır. “Zariyat” surəsində oxuyuruq
ki, həzrət İbrahim öz qonaqlarına kabab verərdi.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 69-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 69-cu ayəsi nə haqqındadır?
Həqiqətən Bizim (mələklərdən olan) elçilərimiz İbrahimə (oğlu olacağı və Lut qövmünün həlak olması barədə) müjdə gətirdilər. Onlar salam verdilər, o da salam verdi. Sonra, dayanmadan (qonaqlar üçün) qumların üzərində qızardılmış və yağı daman bir buzov gətirdi.
Hud surəsi 69-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 69-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 69-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 69-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 69-cu ayənin təfsiri nədir?
“Həqiqətən, Bizim elçilərimiz İbrahimə müjdə gətirib dedilər: “Salam.”(İbrahim) dedi: “Salam.” Çox ötmədi ki, onlara (qonaqlıq üçün) qızarmış birbuzov gətirdi.” Bildirişlər1. Mələklər Allahın izni ilə insan şəklinə düşə bilirlər.2. Sözə salamla başlamaq lazımdır.3. Salam səmavi bir şüar, ilahi bir qaydadır.4. Salama gözəl tərzdə cavab verilməlidir.5. Qonaq qəbulunda iti olmaq lazımdır.6. Tanınmayan bir şəxsi də qonaq qəbul etmək dəyərdir.7. Peyğəmbərlər qonaqpərvər və səxavətli idilər.8. Qonaqda...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.