Hud surəsi · 64-cü ayə

«Və ey mənim qövmüm, bu, Allahın sizin üçün (Onun tovhidi və mənim peyğəmbərliyim barəsində) bir əlamət və möcüzə olan dişi dəvəsidir (ki, Onun istəyi ilə birdən-birə daşın arasından çıxmışdır). Buna görə də, onu qoyun Allahın torpağında otlasın və ona əsla bir zərər-ziyan vurmayın ki, sizi çox yaxın bir əzab yaxalayar».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 64
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

”(Saleh öz mö`cüzəsinin bəyanında dedi:) “Ey mənim qövmüm! Allahın
bu dişi dəvəsi sizin üçün bir mö`cüzədir. Onu azad buraxın, Allahın yerində
otlasın. Onu incitməyin ki, tezliklə sizi əzab bürüyər.”

Nöqtələr
◘Həzrət Salehin dəvəsi bir sıra imtiyazlara malik idi. Dağın köksündən
çıxmışdı, təmasda olmadan balaya qalmışdı, bir günə bütün kəndin suyunu içirdi,
məntəqə əhalisinin ehtiyacı qədər süd verirdi, xalqın bu dəvəyə heç bir qulluq
məs`uliyyəti yox idi.
◘Həzrət Saleh xalqa buyurdu: “Mən sizin bütlərdən bir şey istəyim, siz də
mənim Allahımdan bir şey istəyin. Hansı müsbət cavab versə, hamımız ona
pərəstiş edək.” Müşriklər qəbul etdilər. Onlar istədilər ki, dərhal dağın köksündən
 hamilə bir dəvə çıxsın. Allah onların istəyini yerinə yetirdi. Deyilən şərtlərə malik
bir dəvə dağın köksündən xaric oldu.

Bildirişlər
1. Peyğəmbərin dəlil və mö`cüzəsi xalq tərəfindən hiss olunmalıdır. Onlar bu
mö`cüzəni anlamalı, müşahidə etməlidirlər.
2. Allahın qüdrət əli açıqdır və O, qüdrət sahibidir. Allah Öz peyğəmbərinə
dəvənin dağın köksündən çıxması kimi mö`cüzə verə bilər.
3. Salehin dəvəsi böyük bir mö`cüzə idi.
4. Müqəddəsliklərə hörmət göstərmək lazımdır.
5. Müqəddəsliklərin təhqiri dərhal əzabla nəticələnir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 64-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 64-cü ayəsi nə haqqındadır?
«Və ey mənim qövmüm, bu, Allahın sizin üçün (Onun tovhidi və mənim peyğəmbərliyim barəsində) bir əlamət və möcüzə olan dişi dəvəsidir (ki, Onun istəyi ilə birdən-birə daşın arasından çıxmışdır). Buna görə də, onu qoyun Allahın torpağında otlasın və ona əsla bir zərər-ziyan vurmayın ki, sizi çox yaxın bir əzab yaxalayar...
Hud surəsi 64-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 64-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 64-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 64-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 64-cü ayənin təfsiri nədir?
”(Saleh öz mö`cüzəsinin bəyanında dedi:) “Ey mənim qövmüm! Allahınbu dişi dəvəsi sizin üçün bir mö`cüzədir. Onu azad buraxın, Allahın yerindəotlasın. Onu incitməyin ki, tezliklə sizi əzab bürüyər.” Nöqtələr◘Həzrət Salehin dəvəsi bir sıra imtiyazlara malik idi. Dağın köksündənçıxmışdı, təmasda olmadan balaya qalmışdı, bir günə bütün kəndin suyunu içirdi,məntəqə əhalisinin ehtiyacı qədər süd verirdi, xalqın bu dəvəyə heç bir qulluqməs`uliyyəti yox idi.◘Həzrət Saleh xalqa buyurdu: “Mən sizin bütlər...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.