Hud surəsi · 60-cu ayə

Bu dünyada və Qiyamət günündə onların arxasınca (Allah və insanlar tərəfindən) bir lənət göndərildi. Bilin ki, Ad qövmü özlərinin Rəbbinə kafir oldular və özlərinin Rəbbinə nankorluq etdilər. Bilin! Hudun qövmü Ada nifrin olsun və (Allahın rəhmətindən) uzaq olsunlar!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 60
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Bu dünyada və Qiyamət günündə lə`nət onların sorağındadır. Bilin ki,
Ad qövmü öz Rəbbini inkar etdi. Agah olun ki, Ada, Hud qövmünə lə`nət
olsun.”


Nöqtələr
◘Bu surənin 50-60-cı ayələri Ad qövmünə aiddir. Bu qövm ərəb əsillidir və
ərəb yarımadasında sakin olmuşlar. Hazırkı Tövratda onların adı çəkilir. “Qəmər”,
“Haqqə”, “Ə`raf”, “Səcdə”, “Şuəra” surələrində Ad qövmü rəşadətli, ucaboylu,
abad və inkişaf etmiş şəhərlərə malik xalq kimi tanıtdırılır. E`tiqad baxımından bu
qövm bütpərəst olmuş, zalım hakimlərə itaət etmişdir. Həzrət Hud onları
allahpərəstlik və tövhidə də`vət etdi. Amma onlar peyğəmbərin də`vətini qəbul
etməyib Allahın qəhr-qəzəbinə uğradılar və iti və yandırıcı külək vasitəsi ilə məhv
olub getdilər.
Ad qövmü iki qrupdan ibarət olmuşdur: birinci Ad və ikinci Ad. İkinci Ad
qövmü həzrət İsa Məsihdən yeddi yüz il öncə Hicazdakı Əhqaf məntəqəsində, ya
da Yəməndə məskunlaşmışdı.

Bildirişlər
1. İlahi ayələrə arxa çevirib, Allahın peyğəmbərlərinə itaətsizlik göstərən və
zalım hakimlərə tabe olanlar Allahın rəhmətindən uzaqdırlar.
2. Dünyada bədnamlıq ilahi cəzalardan biridir.
3. “Zalımlara ölüm” Qur`an şüarlarındandır.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 60-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 60-cu ayəsi nə haqqındadır?
Bu dünyada və Qiyamət günündə onların arxasınca (Allah və insanlar tərəfindən) bir lənət göndərildi. Bilin ki, Ad qövmü özlərinin Rəbbinə kafir oldular və özlərinin Rəbbinə nankorluq etdilər. Bilin! Hudun qövmü Ada nifrin olsun və (Allahın rəhmətindən) uzaq olsunlar!
Hud surəsi 60-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 60-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 60-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 60-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 60-cu ayənin təfsiri nədir?
“Bu dünyada və Qiyamət günündə lə`nət onların sorağındadır. Bilin ki,Ad qövmü öz Rəbbini inkar etdi. Agah olun ki, Ada, Hud qövmünə lə`nətolsun.” Nöqtələr◘Bu surənin 50-60-cı ayələri Ad qövmünə aiddir. Bu qövm ərəb əsillidir vəərəb yarımadasında sakin olmuşlar. Hazırkı Tövratda onların adı çəkilir. “Qəmər”,“Haqqə”, “Ə`raf”, “Səcdə”, “Şuəra” surələrində Ad qövmü rəşadətli, ucaboylu,abad və inkişaf etmiş şəhərlərə malik xalq kimi tanıtdırılır. E`tiqad baxımından buqövm bütpərəst olmuş, zalım hakim...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.