Hud surəsi · 46-cı ayə

(Allah) buyurdu: «Ey Nuh, o sənin ailəndən deyil (ögey oğlundur və ya küfr və itaətsizlik nəticəsində qohumluq tellərini qırıb, çünki) o (başdan-başa) nalayiq əməldir! Buna görə də Məndən, bilmədiyin şeyi istəmə. (Nuh Allahdan oğlunun bağışlanmasını istəmək ərəfəsində idi ki, Allah onu bu işdən çəkindirdi.) Mən nadanlardan olmayasan deyə sənə öyüd verirəm.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Allah cavab olaraq) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyil. O,
qeyri-saleh əməl sahibidir. Bilmədiyin şeyi məndən istəmə. Həqiqətən, Mən
sənə moizə edirəm ki, cahillərdən olmayasan.”


Nöqtələr
◘Peyğəmbər haqqında işlədilmiş “fəla təs`əlni” (Məndən istəmə) tə`biri gerçək
bir istəyə işarə deyil. Çünki həzrət Nuh növbəti ayədə bilmədiyi şeyi istəməkdən
Allaha pənah aparır. Nuh elə düşünürdü ki, oğlu haqq əhlidir. Allah isə Nuhun
övladı haqqında həqiqəti bildirir.
◘Peyğəmbər (s) və mə`sum imamlardan nəql olunmuş bir çox rəvayətlərdə
“ləysə minna”, yə`ni “bizdən deyildir” tə`biri qeyd olunur. Bu tə`birin bə`zi
nümunələrini nəzərdən keçirək: Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs bir
müsəlmana xəyanət etsə, bizdən deyil.” Digər bir rəvayətdə həzrət (s) buyurur:
“Xalq bir şəxsə ondan qorxduğu üçün hörmət göstərərsə, o şəxs məndən deyil.”
Başqa bir hədisdə oxuyuruq: “Hər kəs sübh vaxtı müsəlmanlara xidmət fikrində
olmasa, müsəlman deyil.”
◘Sual: “Təhrim” surəsinin 10-cu ayəsində Nuh və Lutun zövcələri haqqında
“onlar xəyanət etdilər” deyə buyurulur. Burada isə belə bəyan edilir: “Ey Nuh!
Övladın sənin əhlindən deyil.” Bu o demək deyilmi ki, Nuhun övladı zinadan
yaranmışdır?
Cavab: Əvvəla, Nuhun zövcəsinin ona xəyanəti peyğəmbərin sirlərinin
kafirlərə açılmasından ibarət idi. İkincisi, ayədə Nuhun oğlunun nöqsanı onun
qeyri-saleh olması bildirilir.


Bildirişlər
1.Əqidə bağlılığı ailə və qohumluq bağlılıqlarından üstündür. (Başqa diyardan
olan Səlman, Peyğəmbərin (s) əhli-beyti sayıldığı halda, Peyğəmbərin (s) əmisi
Əbu-Ləhəb lə`nətlənir.) (Nuhun nifrini ilə qərq olanlar başqa bir səbəbdən yox,
imansızlıqlarına görə cəzalandılar)
2. Bə`zən insan xeyir və şərə elə qatılır ki, sanki həmin əməlin bir parçası olur.
3. Peyğəmbərlərin də Allah moizəsinə ehtiyacları var. (Allah Öz
peyğəmbərlərini həssas məqamlarda oyadır və hifz edir.)
4. Cahil işlərdən çəkinmək lazımdır. (Allahdan hikmətsiz bir şey istəmək
cahillikdir.)

 

Tez-tez Verilən Suallar

Hud surəsi 46-cı ayə haqqında suallar və cavablar

Hud surəsinin 46-cı ayəsi nə haqqındadır?
(Allah) buyurdu: «Ey Nuh, o sənin ailəndən deyil (ögey oğlundur və ya küfr və itaətsizlik nəticəsində qohumluq tellərini qırıb, çünki) o (başdan-başa) nalayiq əməldir! Buna görə də Məndən, bilmədiyin şeyi istəmə. (Nuh Allahdan oğlunun bağışlanmasını istəmək ərəfəsində idi ki, Allah onu bu işdən çəkindirdi.) Mən nadanla...
Hud surəsi 46-cı ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 46-cı ayənin təfsiri nədir?
“(Allah cavab olaraq) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyil. O,qeyri-saleh əməl sahibidir. Bilmədiyin şeyi məndən istəmə. Həqiqətən, Mənsənə moizə edirəm ki, cahillərdən olmayasan.” Nöqtələr◘Peyğəmbər haqqında işlədilmiş “fəla təs`əlni” (Məndən istəmə) tə`biri gerçəkbir istəyə işarə deyil. Çünki həzrət Nuh növbəti ayədə bilmədiyi şeyi istəməkdənAllaha pənah aparır. Nuh elə düşünürdü ki, oğlu haqq əhlidir. Allah isə Nuhunövladı haqqında həqiqəti bildirir.◘Peyğəmbər (s) və mə`sum imamlardan nəq...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.