Hud surəsi · 120-cu ayə

Elçilər(imiz)in xəbərlərinin hər cürünü – vasitəsi ilə qəlbini sabitləşdirərək möhkəmləndirdiyimiz xəbərləri sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 120
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Peyğəmbərlərin sənə danışdığımız hər bir əhvalatı qəlbini
möhkəmləndirmək üçündür. Bunda (bu xəbərdə) sənin üçün həqiqət, iman
əhli üçün öyüd-nəsihət var.”


Bildirişlər
1. Tarixin mühüm dönəmlərinin nəqli tərbiyə üsullarındandır.
2. Peyğəmbərlərin əhvalatının bəyanı tərbiyəvi əhəmiyyətə malikdir. Bu
əhvalatlarda gərəksiz söz və nöqtə yoxdur.
3. Qur`anda qeyd olunan əhvalatlar peyğəmbərlərin həyatından götürülmüş
seçmələrdir.
4. Qur`an əhvalatları əyləncə üçün yox, öyüd-nəsihət üçündür.
5. Əhvalatlarda dəyərli sətirlərə diqqət yetirilməlidir.
6. Qəlbdə aramlıq yaradan əhvalat ən yaxşı əhvalatdır.
7. Qəlblərə aramlıq verən Allahdır.
8. Peyğəmbərlərin də ruhuna qüvvət verilməlidir.
9. Gerçək və daimi aramlıq batil yolla əldə olunmur.
10. Yalnız arxayın təbliğatçı öz təbliğ və moizəsində müvəffəqdir.
11. Bütün Qur`an əhvalatları həqiqətdir və dəlil-sübutludur.
12. Təbliğdə öncə aramlıq, sonra dəlilli kəlam, daha sonra moizə gəlir.
13. Ən yaxşı tərbiyə üsulları belə hazırlıqlı insanlara tə`sir göstərir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 120-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 120-cu ayəsi nə haqqındadır?
Elçilər(imiz)in xəbərlərinin hər cürünü – vasitəsi ilə qəlbini sabitləşdirərək möhkəmləndirdiyimiz xəbərləri sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir.
Hud surəsi 120-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 120-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 120-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 120-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 120-cu ayənin təfsiri nədir?
“Peyğəmbərlərin sənə danışdığımız hər bir əhvalatı qəlbinimöhkəmləndirmək üçündür. Bunda (bu xəbərdə) sənin üçün həqiqət, imanəhli üçün öyüd-nəsihət var.” Bildirişlər1. Tarixin mühüm dönəmlərinin nəqli tərbiyə üsullarındandır.2. Peyğəmbərlərin əhvalatının bəyanı tərbiyəvi əhəmiyyətə malikdir. Buəhvalatlarda gərəksiz söz və nöqtə yoxdur.3. Qur`anda qeyd olunan əhvalatlar peyğəmbərlərin həyatından götürülmüşseçmələrdir.4. Qur`an əhvalatları əyləncə üçün yox, öyüd-nəsihət üçündür.5. Əhvalatlarda də...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.