Hud surəsi - Ayə: 19

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 19
O kəslər(ə) ki, (insanları) Allahın yolundan saxlayır və onu əyri göstərirlər (yaxud ona əyri mətləblər daxil edirlər) və o kəslər ki, axirət gününə olduqca kafirdirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 19. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 19 MÖHSÜN QƏRAƏTİ.

"Allah yolundan (xalqı) uzaqlaşdıranlar və onu əyməyə çalışanlar özləri axirətə kafir olanlardır.”
Nöqtələr
Düşmənlər Allah yolunda müxtəlif üsullarla maneçilik törədirlər. O cümlədən: bidət (dində dəyişiklik), böhtan, şəxsi rəy əsasında təfsir, uydurma hədislər, şəkk-şübhə yaratmaq, məscidlərin tənəzzülü, Peyğəmbər (s) əhli-beytini bir kənara qoymaq, yaxşı işlərə qadağa, bəhanəçilik, qeyri-sağlam əyləncələr, fərdi məsələlərin qabardılması, şəxsiyyətlər quralamaq, pis işlərə rəvac vermək, möminlərin təhqiri, halal şeylərin haram edilməsi, yersiz təşviq, yersiz təbliğat, zalım hakimlərin əzəmətli göstərilməsi və ...
Allah övliyalarının, Peyğəmbər (s) əhli-beytinin, məsum və adil rəhbərlərin qapısının bağlanması Allah yolunun bağlanmasının bariz nümunələrindəndir.
Bildirişlər
1. Allah yolunu bağlamaq və ya onu əyri göstərmək zülmdür.
2. Düşmən ilkin mərhələdə yolu bağlayır. Əgər bunu bacarmadısa, onu dəyişir.
3. Dini maarifin təhrifi və onun pis göstərilməsi Allah yolunun bağlanması nümunələrindəndir.
4. Allahın dinində heç bir nöqsan və əyrilik yoxdur. Əyintini yaradan müxaliflər özləridir.
5. Axirətə imansızlıq hər növ zülmün müqəddiməsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.