Əl-Hicr surəsi · 40-cu ayə

«Sənin (rəhmətini şamil etməklə) onların arasından seçdiyin bəndələrin istisna olmaqla».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ 16.12.2025

"Yalnız ixlaslı (xalis) bəndələrindən başqa!”

Nöqtələr
Allah kimsəni azdırmır. Yalnız öz istəyi ilə azğınlıq yolunu seçənlər özbaşına buraxılır. Allahın insanı özbaşına buraxması ən böyük cəzadır. İblis öz istək və iradəsi ilə təkəbbür və inadkarlıq göstərdiyindən Allah onu özbaşına buraxdı. "Əğvəytəni” sözü həmin mənanı bildirir. Yəni inadkarlığıma görə məni lütfündən məhrum etdiyin üçün əlimdən gələni edəcəyəm.
İblis bilirdi ki, insanlardan bir dəstəsi Allahın seçilmişləri olacaq. Yəni İblis nübüvvət və imaməti də qəbul etmişdi. "Rəbbi bima əğvəytəni” (Pərvərdigara, məni azdırdığın üçün) təbirindən aydın olur ki, şeytan Allahı qəbul edirdi. Onun qiyamət gününədək möhlət istəməsi məada da inandığını bildirir. Onun eybi təkəbbürlü olması, təslimçilik ruhiyyəsindən məhrumluğu idi. Demək, elm və iman təklikdə bəs etmir. Allahın lütfünə layiq olmaq üçün əməl, təslimçilik və bəndəlik lazımdır.
Bildirişlər
1. İblis və iblissifətlər öz eyblərini Allahın ayağına yazırlar
2. Şeytanın azdırma üsulu çirkinliyi gözəl göstərməkdir.
3. Pak və ixlaslı insanlar şeytanın tələsindən amandadırlar. (Əlbəttə ki, insanın ixlasla yanaşı Allahın lütfünə də ehtiyacı var. Çünki "müxləs” dedikdə Allahın seçilmişi nəzərdə tutulur.)

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 40-cu ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 40-cu ayəsi nə haqqındadır?
«Sənin (rəhmətini şamil etməklə) onların arasından seçdiyin bəndələrin istisna olmaqla».
Əl-Hicr surəsi 40-cu ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 40-cu ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 40-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 40-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 40-cu ayənin təfsiri nədir?
"Yalnız ixlaslı (xalis) bəndələrindən başqa!”NöqtələrAllah kimsəni azdırmır. Yalnız öz istəyi ilə azğınlıq yolunu seçənlər özbaşına buraxılır. Allahın insanı özbaşına buraxması ən böyük cəzadır. İblis öz istək və iradəsi ilə təkəbbür və inadkarlıq göstərdiyindən Allah onu özbaşına buraxdı. "Əğvəytəni” sözü həmin mənanı bildirir. Yəni inadkarlığıma görə məni lütfündən məhrum etdiyin üçün əlimdən gələni edəcəyəm.İblis bilirdi ki, insanlardan bir dəstəsi Allahın seçilmişləri olacaq. Yəni İblis nübü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.