Əl-Hicr surəsi · 25-ci ayə

Əlbəttə, sənin Rəbbin (Qiyamət günü) onları (həyat vermək üçün onların bədən üzvlərini və hesab üçün fərdləri) toplayacaqdır. Həqiqətən O, hikmət sahibi və biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 25
MÖHSÜN QƏRAƏTİ 15.12.2025

"Həqiqətən, onların hamısını məhşur edəcək kəs, sənin Rəbbindir. Çünki O, hikmət sahibidir və biləndir.”

Nöqtələr
Təfsirçilər "mustəqdimin” və "mustəxirin” təbirləri ilə bağlı nümunələr zikr etmişlər. O cümlədən: dünyadan gedənlər və həyatda qalanlar, cəbhə aşiqləri və müxaliflər, camaat namazında birinci cərgədə dayananlar və sonuncu cərgədə dayananlar.
Bəziləri camaat namazında birinci cərgədə dayanmağa yubanmamaq üçün evlərini satışa qoyur, məscidin yaxınlığında ev almaq istəyirdilər. Ayədə buyurulur ki, Biz belə fərdləri tanıyırıq.
Bildirişlər
1. Ölüm və həyat yalnız Onun əlindədir. Hamı köçüb gedəsidir. Yaxşı olar, öz əməlimizlə həqiqi varis üçün yaxşı bir irs qoyaq.
2. Zamanın ilahi elmə təsiri yoxdur. Onun elmi keçmişi, indini və gələcəyi əhatə edir.
3. Qiyamətin bərpası, mükafat və cəza verilməsi Allahın rübubiyyət şənindəndir.
4. Qiyamət üçün dəlil Allahın hikmətidir. (Əgər zərrələr torpağa, torpaq qidaya, qida nütfəyə, nütfə insana çevrilirsə və ölümü dadmaqla insan yenidən torpaq olursa, bu hərəkət hikmətsiz ola bilməz.)
5. Qiyamətdə keçmişdəkilər və indikilər birlikdə məhşurlar olar. Allah hamının əməlindən, hər bir fərdin niyyətindən tam xəbərdardır.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 25-ci ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 25-ci ayəsi nə haqqındadır?
Əlbəttə, sənin Rəbbin (Qiyamət günü) onları (həyat vermək üçün onların bədən üzvlərini və hesab üçün fərdləri) toplayacaqdır. Həqiqətən O, hikmət sahibi və biləndir.
Əl-Hicr surəsi 25-ci ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 25-ci ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 25-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 25-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 25-ci ayənin təfsiri nədir?
"Həqiqətən, onların hamısını məhşur edəcək kəs, sənin Rəbbindir. Çünki O, hikmət sahibidir və biləndir.”NöqtələrTəfsirçilər "mustəqdimin” və "mustəxirin” təbirləri ilə bağlı nümunələr zikr etmişlər. O cümlədən: dünyadan gedənlər və həyatda qalanlar, cəbhə aşiqləri və müxaliflər, camaat namazında birinci cərgədə dayananlar və sonuncu cərgədə dayananlar.Bəziləri camaat namazında birinci cərgədə dayanmağa yubanmamaq üçün evlərini satışa qoyur, məscidin yaxınlığında ev almaq istəyirdilər. Ayədə buyu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.