Əl-Hicr surəsi · 2-ci ayə

Bir çox kafirlər (müsəlmanların qələbəsini görəndə və ya ölən zaman və yaxud cəza günü) kaş müsəlman olmalarını arzulayarlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ 15.12.2025

"Nə çoxdur küfr etmiş kəslər ki, müsəlman olmalarını arzu edərlər.”

Nöqtələr
"Təfsiri-Təbəri” və "Təfsiri-Məcməul-bəyan”da hazırkı surənin 2-ci ayəsi ilə bağlı bir hədis nəql olunmuşdur. Hədisdə deyilir ki, Qiyamətdə kafirlər cəhənnəmə düşmüş müsəlmanlara deyər : "Siz də bizim kimi cəhənnəm əhli oldunuz və İslam sizə nicat vermədi.” Halbuki günahkar müsəlmanlar bir müddət sonra cəhənnəmdən qurtularlar. Kafirlər isə həmişəlik cəhənnəmdədir. Onlar deyərlər ki, «kaş biz də müsəlman olaydıq.»
Tarizdə oxuyuruq: Rum qeysəri İslam Peyğəmbərinin (s) məktubunu aldıqdan sonra İslama iman gətirmək istədi. Amma hakimiyyətin əlindən çıxacağından qorxdu.
Bildirişlər
1. Quran çox uca məqama malik olsa da, ondan istifadə asandır. Çünki həm yazıya alınıb, həm də oxunması mümkündür.
2. Quranın buyruqları aydındır, o, haqla batilin sərhəddini bəyan edir.
3. Gələcəkdə ucalıq İslamındır, kafirlər həsrət çəkəsidirlər. (Bu gün İslamı məsxərəyə qoyanlar gələcəkdə peşman olasıdır. Bir çox kafirlər İslam arzusunda olsalar da, zalım hakimin və ya pozğun mühitin əsiridirlər.)

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 2-ci ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 2-ci ayəsi nə haqqındadır?
Bir çox kafirlər (müsəlmanların qələbəsini görəndə və ya ölən zaman və yaxud cəza günü) kaş müsəlman olmalarını arzulayarlar.
Əl-Hicr surəsi 2-ci ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 2-ci ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 2-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 2-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 2-ci ayənin təfsiri nədir?
"Nə çoxdur küfr etmiş kəslər ki, müsəlman olmalarını arzu edərlər.”Nöqtələr"Təfsiri-Təbəri” və "Təfsiri-Məcməul-bəyan”da hazırkı surənin 2-ci ayəsi ilə bağlı bir hədis nəql olunmuşdur. Hədisdə deyilir ki, Qiyamətdə kafirlər cəhənnəmə düşmüş müsəlmanlara deyər : "Siz də bizim kimi cəhənnəm əhli oldunuz və İslam sizə nicat vermədi.” Halbuki günahkar müsəlmanlar bir müddət sonra cəhənnəmdən qurtularlar. Kafirlər isə həmişəlik cəhənnəmdədir. Onlar deyərlər ki, «kaş biz də müsəlman olaydıq.»Tarizdə o...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.