Əl-Hicr surəsi · 16-cı ayə

Həqiqətən Biz göydə (günəşin il uzunu ətrafına fırlandığı) bürclər yaratdıq və onu baxanlar üçün (ulduzlarla) zinətləndirdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 16
MÖHSÜN QƏRAƏTİ 15.12.2025

"Həqiqətən, Biz səmada bürclər yaratdıq və onları baxanlar üçün zinət qərar verdik.”

Nöqtələr
"Burc” sözünün cəm forması olan "buruc” sözü əslində zühur mənası bildirir. Zinətini göstərən qadın belə adlanır. Xüsusi görünüşə malik qəsr, saray və tikiliyə bürc deyilir. Bu ayədə səma cisimləri və ya onların mənzilləri bürcə oxşadılır.
Yerin günəş ətrafında dövr etməsindən "məntəqətul-buruc” adlı xəyali bir dairə yaranır. Bu dairə 12 hissəyə bölünmüşdür və hər bir hissə üçün ulduzlar qeyd olunmuşdur. Ulduz toplumunun formasına münasib olaraq onlara ad verilmişdir. İranın şəmsi təqvimində adlar bu ulduzların adı ilə adlanır. Məsələn, fərvərdin, ordibeheşt, xordad... Ərəb dilində ulduzlar həməl (qoç), sur (buğa), couza (əkizlər), sərətan (xərçəng), əsəd (şir), sunbulə (qız), mizan (tərəzi), əqrəb, qövs (oxatan), cədi (oğlaq), cəlv (dolça), hut (balıq) adlandırılmışdır.
Bildirişlər
1. Səma cisimləri və onların müxtəlif orbitlərdə hərəkəti tövhid və Allahşünaslıq əsərlərindəndir.
2. Səma cisimləri də yaradılmışdır.
3. Zinət və gözəllik yaranış prinsiplərindəndir və Allah-təala göyləri xəlq edərkən bu prinsipə riayət etmişdir.
4. Göy də yer kimi insan üçün yaradılmışdır.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 16-cı ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 16-cı ayəsi nə haqqındadır?
Həqiqətən Biz göydə (günəşin il uzunu ətrafına fırlandığı) bürclər yaratdıq və onu baxanlar üçün (ulduzlarla) zinətləndirdik.
Əl-Hicr surəsi 16-cı ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 16-cı ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 16-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 16-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 16-cı ayənin təfsiri nədir?
"Həqiqətən, Biz səmada bürclər yaratdıq və onları baxanlar üçün zinət qərar verdik.”Nöqtələr"Burc” sözünün cəm forması olan "buruc” sözü əslində zühur mənası bildirir. Zinətini göstərən qadın belə adlanır. Xüsusi görünüşə malik qəsr, saray və tikiliyə bürc deyilir. Bu ayədə səma cisimləri və ya onların mənzilləri bürcə oxşadılır.Yerin günəş ətrafında dövr etməsindən "məntəqətul-buruc” adlı xəyali bir dairə yaranır. Bu dairə 12 hissəyə bölünmüşdür və hər bir hissə üçün ulduzlar qeyd olunmuşdur. U...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.