Əl-Ənbiya surəsi · 97-ci ayə

Haqq olan vəd (Qiyamət) yaxınlaşar, beləliklə kafirlərin gözləri qəflətən (mənzərənin əzəmətindən və dəhşətindən) bərələ və hərəkətsiz qalar (və fəryad qopararlar ki:) «Vay olsun bizə ki, bu çətin (gün)dən qəflətdə olmuşuq; biz hətta zalım bir dəstə olmuşuq (və qəflətimiz öz zülmlərimizin nəticəsində yaranıb).»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 97
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“(Qiyamətin bərpası ilə bağlı) Haqq vəd yaxınlaşdı. Həmin vaxt kafirlərin gözü (dəhşətdən) bərələ qaldı. (Özləri özlərinə deyərlər:) «Vay olsun bizə! Doğrudan da, biz bu gündən xəbərsiz idik, bəli, biz zülmkar olmuşuq.”**

Bildirişlər

  1. Fitnəkarların hücumu yer üzündə həyatın başa çatdığını göstərir.

  2. Qiyamətin bərpası labüddür.

  3. Qiyamət və onun hadisələri qəfil meydana çıxasıdır.

  4. Qiyamət heyrət günüdür.

  5. Qiyamət vicdanların oyanış və təəssüf günüdür.

  6. Qiyamətdən xəbərsizlik küfr və kafirlərin bariz nişanələrindəndir.

  7. Bütün azğınlıqların və bədbəxtçiliklərin kökü qəflətdir.

  8. Qiyamətdən qəflət insanın özünə və ətrafındakılara zülm üçün səbəbdir.

  9. Qiyamət peşmançılıq və etiraf günüdür.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 97-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 97-ci ayəsi nə haqqındadır?
Haqq olan vəd (Qiyamət) yaxınlaşar, beləliklə kafirlərin gözləri qəflətən (mənzərənin əzəmətindən və dəhşətindən) bərələ və hərəkətsiz qalar (və fəryad qopararlar ki:) «Vay olsun bizə ki, bu çətin (gün)dən qəflətdə olmuşuq; biz hətta zalım bir dəstə olmuşuq (və qəflətimiz öz zülmlərimizin nəticəsində yaranıb).»
Əl-Ənbiya surəsi 97-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 97-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 97-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 97-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 97-ci ayənin təfsiri nədir?
“(Qiyamətin bərpası ilə bağlı) Haqq vəd yaxınlaşdı. Həmin vaxt kafirlərin gözü (dəhşətdən) bərələ qaldı. (Özləri özlərinə deyərlər:) «Vay olsun bizə! Doğrudan da, biz bu gündən xəbərsiz idik, bəli, biz zülmkar olmuşuq.”**BildirişlərFitnəkarların hücumu yer üzündə həyatın başa çatdığını göstərir.Qiyamətin bərpası labüddür.Qiyamət və onun hadisələri qəfil meydana çıxasıdır.Qiyamət heyrət günüdür.Qiyamət vicdanların oyanış və təəssüf günüdür.Qiyamətdən xəbərsizlik küfr və kafirlərin bariz nişanələr...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.