Əl-Ənbiya surəsi · 81-ci ayə

Və Süleyman üçün bərk (və yavaş) küləyi ram etdik ki, (küləklər) onun əmri ilə çox bərəkətli etdiyimiz torpağa (Şam torpaqlarına və Fələstinə) əsərdi. Biz hər şeyi əzəldən bilirik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Süleymana əmri ilə bərəkət verdiyimiz yerə doğru əsən şiddətli küləyi ram etdik. Biz hər şeydən agahıq.”

Bildirişlər

  1. İxtiralar Allahın insana ilhamıdır.

  2. Həzrət Davud zireh düzəltmə sənətinin banisidir.

  3. Peyğəmbərlər də iş və sənət əhli olmuşlar.

  4. Peyğəmbərlər xalqı təbii və adi yollarla hifz edirdilər.

  5. Sənət zalım hakimlərə yox, xalqa xidmət etməlidir.

  6. Müdafiə xarakterli hazırlıq zəruri işdir.

  7. Əmin-amanlıq şükür olunası nemətdir. (Əmin-amanlıq sənət sayəsində təmin olunur.)

  8. Hər bir ixtira və sənaye nemətinə görə Allaha təşəkkür edilməlidir.

  9. Allahın övliyaları Allahın izni ilə təbiətin işlərinə qatıla bilərlər.

  10. Küləklərin də şüuru var. Onlar Allahın və övliyaların əmrini anlayıb icra edirlər.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 81-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 81-ci ayəsi nə haqqındadır?
Və Süleyman üçün bərk (və yavaş) küləyi ram etdik ki, (küləklər) onun əmri ilə çox bərəkətli etdiyimiz torpağa (Şam torpaqlarına və Fələstinə) əsərdi. Biz hər şeyi əzəldən bilirik.
Əl-Ənbiya surəsi 81-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 81-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 81-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 81-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 81-ci ayənin təfsiri nədir?
“Süleymana əmri ilə bərəkət verdiyimiz yerə doğru əsən şiddətli küləyi ram etdik. Biz hər şeydən agahıq.”Bildirişlərİxtiralar Allahın insana ilhamıdır.Həzrət Davud zireh düzəltmə sənətinin banisidir.Peyğəmbərlər də iş və sənət əhli olmuşlar.Peyğəmbərlər xalqı təbii və adi yollarla hifz edirdilər.Sənət zalım hakimlərə yox, xalqa xidmət etməlidir.Müdafiə xarakterli hazırlıq zəruri işdir.Əmin-amanlıq şükür olunası nemətdir. (Əmin-amanlıq sənət sayəsində təmin olunur.)Hər bir ixtira və sənaye neməti...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.