Əl-Ənbiya surəsi · 73-cü ayə

Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 73
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Onları Bizim göstərişimizlə (xalqı) hidayət edən rəhbərlər qərar verdik. Onlara yaxşı işlər görməyi, namazın bərpasını və zəkat ödəməyi vəhy etdik. Onlar yalnız Bizim abidlərimiz idilər.”

Bildirişlər

  1. İmamət də nübuvvət kimi Allahın seçimi ilə müəyyənləşməlidir.

  2. Böyük peyğəmbərlər risalət məqamından əlavə, cəmiyyətə imamət və rəhbərlik məqamını da öhdəyə götürmüşlər.

  3. Zor və quldurluqla əldə olunmuş imamət və rəhbərlik cəhənnəmə dəvətdir. Allah tərəfindən müəyyənləşmiş imamət isə mübarək və haqq yolda olasıdır.

  4. Peyğəmbərlərin dəvəti şəxsi istəklərinə yox, Allahın əmrinə əsaslanır.

  5. Xeyir işlərə diqqət Allahın xüsusi lütflərindəndir.

  6. Xeyir işlər arasında namaz və zəkatın xüsusi yeri var.

  7. Namaz və zəkat bütün səmavi dinlərin iki mühüm əsasıdır.

  8. Namaz və zəkatsız Allaha bəndəlik dərəcəsinə çatmaq mümkünsüzdür.

  9. İlahi rəhbərlər Allahın xalis bəndələridir.

  10. İlahi nemətlər bizə Allaha bəndəliyi unutdurmasın. (Peyğəmbərlər rəhbərlik məqamına nail olsalar da, bəndəlik məqamında qalmışlar.)

  11. Din siyasətdən ayrı deyil.

  12. Rəhbər dəvət etdiyi həqiqətin daşıyıcısı olmalıdır.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 73-cü ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 73-cü ayəsi nə haqqındadır?
Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
Əl-Ənbiya surəsi 73-cü ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 73-cü ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 73-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 73-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 73-cü ayənin təfsiri nədir?
“Onları Bizim göstərişimizlə (xalqı) hidayət edən rəhbərlər qərar verdik. Onlara yaxşı işlər görməyi, namazın bərpasını və zəkat ödəməyi vəhy etdik. Onlar yalnız Bizim abidlərimiz idilər.”Bildirişlərİmamət də nübuvvət kimi Allahın seçimi ilə müəyyənləşməlidir.Böyük peyğəmbərlər risalət məqamından əlavə, cəmiyyətə imamət və rəhbərlik məqamını da öhdəyə götürmüşlər.Zor və quldurluqla əldə olunmuş imamət və rəhbərlik cəhənnəmə dəvətdir. Allah tərəfindən müəyyənləşmiş imamət isə mübarək və haqq yold...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.