Əl-Ənbiya surəsi · 72-ci ayə

Və (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona əta etdik və hamısını saleh və (peyğəmbərlik məqamına) layiq etdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 72
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Biz ona (İbrahimə) İshaq və Yaqubu əlavə nemət olaraq verdik və hamısını salehlərdən etdik.”

Bildirişlər

  1. Allah Öz övliyalarını tənha qoymur.

  2. Alov dağından, düşmən dəryasından qorxmayan kəs mübarək məntəqəyə çatasıdır.

  3. İlahi qurtuluş insanın səy və hicrətindən asılıdır.

  4. Nəvələr Allahın hədiyyəsidir. (Yaqub İbrahimin nəvəsi idi.)

  5. Yer üzünün ayrı-ayrı məntəqələri bir-birindən fərqlənir. Bəzən bir məntəqə hamı üçün bərəkətli olur.

  6. Bərəkət Allahın əlindədir.

  7. İman və saleh əməl insanın özündən əlavə onun nəslinə də təsir göstərir.

  8. Mübarək fərdlər və nəsillər mübarək məntəqələrdə məskunlaşmalıdırlar.

  9. Övlad Allahın ətasıdır. Amma övladın varlığından da mühümü onun saleh olmasıdır.

  10. Rəhbərlik və peyğəmbərlik üçün əsas şərt salehlikdir.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 72-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 72-ci ayəsi nə haqqındadır?
Və (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona əta etdik və hamısını saleh və (peyğəmbərlik məqamına) layiq etdik.
Əl-Ənbiya surəsi 72-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 72-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 72-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 72-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 72-ci ayənin təfsiri nədir?
“Biz ona (İbrahimə) İshaq və Yaqubu əlavə nemət olaraq verdik və hamısını salehlərdən etdik.”BildirişlərAllah Öz övliyalarını tənha qoymur.Alov dağından, düşmən dəryasından qorxmayan kəs mübarək məntəqəyə çatasıdır.İlahi qurtuluş insanın səy və hicrətindən asılıdır.Nəvələr Allahın hədiyyəsidir. (Yaqub İbrahimin nəvəsi idi.)Yer üzünün ayrı-ayrı məntəqələri bir-birindən fərqlənir. Bəzən bir məntəqə hamı üçün bərəkətli olur.Bərəkət Allahın əlindədir.İman və saleh əməl insanın özündən əlavə onun nəs...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.