Əl-Ənbiya surəsi · 70-cu ayə

Onun barəsində hiylə düşündülər. Lakin Biz onları daha çox ziyana uğratdıq (çünki İbrahimə nəinki bir zərər-ziyan toxunmadı, əksinə onların bu əməli onun doğruluğuna qəti bir dəlil oldu).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Bütpərəstlər ona qurğu qurmaq istədilər. Amma Biz onları daha çox ziyana düşənlərdən qərar verdik.”

Bildirişlər

  1. Xalqı dinə çağırış qaydalarından biri onları dinsizliyin zərərindən agah etməkdir.

  2. İnsan xeyir əldə etmək və şərdən qurtulmaq üçün ibadət edir. Bütlərdə isə nə xeyir vermək, nə də şərdən xilas etmək qüdrəti var.

  3. İnsanları oyatmaq üçün zəmin yarandıqda azğınların çirkin sifətlərini açmaq lazımdır.

  4. Hisslər əqidə məktəbinin təsiri altında olmalıdır. İbrahimin əmisi də bütpərəst idi. Amma İbrahim bütpərəstliyə münasibətini yumşaltmırdı.

  5. Bütpərəstlik ağılla bir araya sığmır. Düşüncəsiz və inadkar insanlar məzəmmətə layiqdirlər.

  6. Tövhid aqillərə xas düşüncədir.

  7. Ağıl və məntiqdən məhrum şəxslər zora üz tutur.

  8. İlahi insanlar son damla qanları tökülənədək məqsəddən üz döndərmirlər. İnsan üçün ən çətin ölüm odda yandırılmaqdır.

  9. Yalnız təkallahçılar aradan götürüldükdə şirk yaşaya bilər.

  10. Yersiz təəssüblər insanı o qədər alçaldır ki, peyğəmbəri də yandırmaqdan çəkinmir.

  11. Düşmən cahil kütlələri qızışdırmaq üçün müqəddəsliklərdən, dini qeyrət hissindən istifadə edir.

  12. Allah həm səbəb salmağa, həm də onu aradan qaldırmağa qadirdir.

  13. Varlıq aləminin şüuru var, ona müraciət olunur.

  14. Mövcudların səciyyələri Allahın istək və iradəsindən asılıdır.

  15. Haqq nuru küfr odu ilə aradan götürülə bilməz.

  16. Allahın qüdrəti bütün qurğuları puça çıxara bilər.

  17. Sonda haqq qalibdir.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 70-cu ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 70-cu ayəsi nə haqqındadır?
Onun barəsində hiylə düşündülər. Lakin Biz onları daha çox ziyana uğratdıq (çünki İbrahimə nəinki bir zərər-ziyan toxunmadı, əksinə onların bu əməli onun doğruluğuna qəti bir dəlil oldu).
Əl-Ənbiya surəsi 70-cu ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 70-cu ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 70-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 70-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 70-cu ayənin təfsiri nədir?
“Bütpərəstlər ona qurğu qurmaq istədilər. Amma Biz onları daha çox ziyana düşənlərdən qərar verdik.”BildirişlərXalqı dinə çağırış qaydalarından biri onları dinsizliyin zərərindən agah etməkdir.İnsan xeyir əldə etmək və şərdən qurtulmaq üçün ibadət edir. Bütlərdə isə nə xeyir vermək, nə də şərdən xilas etmək qüdrəti var.İnsanları oyatmaq üçün zəmin yarandıqda azğınların çirkin sifətlərini açmaq lazımdır.Hisslər əqidə məktəbinin təsiri altında olmalıdır. İbrahimin əmisi də bütpərəst idi. Amma İbra...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.