Əl-Ənbiya surəsi · 7-ci ayə

Biz səndən öncə də (insanlara peyğəmbər və ilahi elçi olaraq mələkləri, qadınları və cinləri deyil) yalnız vəhy etdiyimiz kişiləri göndərmişik. Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 7
MÖHSÜN QƏRAƏTİ 05.05.2026

Ey peyğəmbər!) Biz səndən öncə yalnız vəhy etdiyimiz kişiləri)”
َْ(peyğəmbər olaraq) göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.”


Nöqtələr
Ötən ayədə kafirlər “bu şəxs sizin kimi bəşərdirmi” deyə soruşurdular. Bu
ayədə Allah-təala buyurur: “Nəinki bu peyğəmbər, bütün əvvəlki peyğəmbərlər
insanlar idi, onlara vəhy olunurdu.” Bəli, elçinin insan nəslindən olması onun
peyğəmbərliyi ilə zidd deyildir.
Müşriklər kitab əhli ilə yaxşı münasibətdə olduqlarından Allah-təala onlara
buyurur: “Kitab əhlindən soruşun.”
Zikr (kitab) əhlindən sorğu və mütəxəssisə müraciət ağılın tələbidir. Ayədə
“zikr əhli” deyərkən yəhudi və məsihi alimləri nəzərdə tutulmuşdur.
Rəvayətlərdə tövsiyə olunur ki, çıxış yolu tapmadıqda Peyğəmbər (s) Əhli
beytinə (ə) müraciət edin. Bu böyük insanlar “zikr əhlinin” kamil
nümunələridirlər.
İslam Peyğəmbəri (s) buyurur: “Nə alim sükut etsin, nə də cahil sorğudan
çəkinsin.”

Bildirişlər
1. Küfr və inadkarlıq olan yerdə Allahın qəzəbi qaçılmazdır. Bu, ilahi bir
sünnədir. (İman bəşər cəmiyyətinin hifzi və davamı üçün səbəbdir.)
2. Tarixə ibrət gözü ilə baxaq.
3. Bütün peyğəmbərlər kişi cinsindəndirlər.
4. Bütün peyğəmbərlərə vəhy edilmişdir, onların elmi vəhy qaynağındandır.
5. Sorğu-sual dinin tövsiyəsidir.
6. İnsan məsələni anlamaq məqsədi ilə sual verməlidir.
7. Mütəxəssisə müraciət etməsək, həqiqi bilik əldə edə bilmərik.
8. Etiqadi və dini məsələlərdə həqiqətə çatanadək axtarış aparaq.
9. Suallara cavab almaq üçün alim yaxında olmalıdır.
10. Elm əhli olmaq yox, zikr əhli olmaq mühümdür. (Bir çox alimlər
Allahdan qəflətdədirlər.)
11. Bir işə başlamaq üçün mütəxəssis olmaq lazımdır. Səthi məlumat,
təqlidlə nəticə əldə etmək olmaz.
12. Xalqa yol göstərmək zikr əhlinə vacibdir. Əks-təqdirdə sorğu-sual
göstərişi səmərəsiz olar.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 7-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 7-ci ayəsi nə haqqındadır?
Biz səndən öncə də (insanlara peyğəmbər və ilahi elçi olaraq mələkləri, qadınları və cinləri deyil) yalnız vəhy etdiyimiz kişiləri göndərmişik. Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun.
Əl-Ənbiya surəsi 7-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 7-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 7-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 7-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 7-ci ayənin təfsiri nədir?
Ey peyğəmbər!) Biz səndən öncə yalnız vəhy etdiyimiz kişiləri)”َْ(peyğəmbər olaraq) göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.”Nöqtələr Ötən ayədə kafirlər “bu şəxs sizin kimi bəşərdirmi” deyə soruşurdular. Bu ayədə Allah-təala buyurur: “Nəinki bu peyğəmbər, bütün əvvəlki peyğəmbərlər insanlar idi, onlara vəhy olunurdu.” Bəli, elçinin insan nəslindən olması onun peyğəmbərliyi ilə zidd deyildir. Müşriklər kitab əhli ilə yaxşı münasibətdə olduqlarından Allah-təala onlara buyurur: “Kitab...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.