Əl-Ənbiya surəsi · 54-cü ayə

Dedi: «Şübhəsiz, siz və atalarınız aşkar azğınlıqda olmusunuz.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 54
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“(İbrahim) dedi: «Həqiqətən, siz və atalarınız aşkar azğınlıqda idiniz (və bu gün də həmin haldasınız!)»”

Bildirişlər

  1. Peyğəmbərlər məbus olmamışdan öncə Allahın nəzər-diqqətində olurlar.

  2. Həqiqi inkişaf insanı bir Allaha pərəstişə aparır.

  3. Həzrət İbrahimin özündə təkamül hazırlığı vardı. (İnsanların təkamül istedadları və tutumları fərqlidir.)

  4. Pisliyə qadağa vəzifəsinin icrasında yaş məhdudiyyəti yoxdur.

  5. Pisliyə qadağa qoyarkən öz yaxınlarımızdan başlayaq.

  6. Pisliyə qadağada çoxluq meyar deyil. Bəzən bir nəfər bir dəstənin qarşısında dayanmalı olur.

  7. Pisliyə qadağa vəzifəsinin icrasında vicdanlara müraciət etmək ən müvəffəqiyyətli üsullardandır.

  8. Batil və günah işlərin çirkinliyi açıqlanmalıdır.

  9. Təbliğdə qarşı tərəfi insani şəxsiyyət və kəramətlərdən xəbərdar edək.

  10. Xurafatla mübarizədə onun tərk olunması inkişaf göstəricisidir.

  11. Atalar öz çaşqınlıqları ilə gələcək nəsillər üçün azğınlıq zəmini yaradırlar.

  12. Ata-babalar öz pis rəftarlarına dəvət etməsələr belə, bu rəftarlar onların övladlarının tərbiyəsinə təsir göstərir.

  13. Kor-koranə təqlid, ata-babaların pis rəftarlarının təəssübünü çəkmək məzəmmət olunur və qadağandır.

  14. Pisliyə qadağa qoyarkən xəcalət çəkmək yersizdir.

  15. Nə yaş, nə də çoxluq haqlılıq göstəricisi deyil.

  16. Əqidə məsələsində ata-babaların yoluna yox, dəlillərə istinad etmək lazımdır.

  17. Azğınlığın dərəcələri var.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 54-cü ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 54-cü ayəsi nə haqqındadır?
Dedi: «Şübhəsiz, siz və atalarınız aşkar azğınlıqda olmusunuz.»
Əl-Ənbiya surəsi 54-cü ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 54-cü ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 54-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 54-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 54-cü ayənin təfsiri nədir?
“(İbrahim) dedi: «Həqiqətən, siz və atalarınız aşkar azğınlıqda idiniz (və bu gün də həmin haldasınız!)»”BildirişlərPeyğəmbərlər məbus olmamışdan öncə Allahın nəzər-diqqətində olurlar.Həqiqi inkişaf insanı bir Allaha pərəstişə aparır.Həzrət İbrahimin özündə təkamül hazırlığı vardı. (İnsanların təkamül istedadları və tutumları fərqlidir.)Pisliyə qadağa vəzifəsinin icrasında yaş məhdudiyyəti yoxdur.Pisliyə qadağa qoyarkən öz yaxınlarımızdan başlayaq.Pisliyə qadağada çoxluq meyar deyil. Bəzən bir n...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.