Əl-Ənbiya surəsi · 5-ci ayə

Hətta dedilər: «(Sehr deyil, Muhəmmədin özünün və ya başqalarının gördüyü) bir ovuc qarmaqarışıq yuxulardır. Xeyr, özünün uydurduğu yalanlardır. Xeyr, o şairdir (bu kitab da onun şerləridir). Buna görə də, (əgər doğru deyirsə) gərək əvvəlkilər (Salehin dəvəsi, Musanın əsası, İsanın süfrəsi kimi möcüzələrlə) göndərildikləri kimi (o da bizə bir) möcüzə gətirsin.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ 05.05.2026
(Kafirlər) dedilər: «(Məhəmmədin gətirdikləri vəhy yox,) qatışıq
yuxulardır. Ola bilsin ki, dediklərini özündən uydurur. Bəlkə də o bir
şairdir. (Əgər doğru deyirsə,) əvvəl göndərilənlər kimi, o da bizim üçün
möcüzə gətirsin.”

Nöqtələr
“Əzğas” dedikdə toplum, “əhlam” dedikdə isə yuxu mənaları anlaşılır.
“Əzğasu əhlam” təbiri isə qatmaqarışıq yuxular mənasını bildirir.
Kafirlər İslam Peyğəmbərindən (s) Musa və İsanın möcüzələrini
gözləyirdilər. Əsl məqsədləri isə göstərişlərdən boyun qaçırmaq idi. Əslində
möcüzə seçimi xalqın istəklərindən yox, ilahi hikmətdən asılıdır.

Bildirişlər
1. Ziddiyyətli danışıq kafirlərin məntiqsizliyini göstərir.
2. Düşmən bir böhtanla kifayətlənmir. (Onlar zərbə vurmaq üçün bütün
yollardan istifadə edirlər. Əks-təbliğat, ardıcıl böhtanlar düşmənin əsas iş
üsullarındandır.)
3. Düşmən nə qədər böhtan atsa da, daxilən tərəddüddədir. 
4. Müşriklər də möcüzəni peyğəmbərlik üçün şərt sayırlar.
5. Xalq hiss üzvləri ilə qavranan möcüzə istəyindədir.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 5-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 5-ci ayəsi nə haqqındadır?
Hətta dedilər: «(Sehr deyil, Muhəmmədin özünün və ya başqalarının gördüyü) bir ovuc qarmaqarışıq yuxulardır. Xeyr, özünün uydurduğu yalanlardır. Xeyr, o şairdir (bu kitab da onun şerləridir). Buna görə də, (əgər doğru deyirsə) gərək əvvəlkilər (Salehin dəvəsi, Musanın əsası, İsanın süfrəsi kimi möcüzələrlə) göndərildik...
Əl-Ənbiya surəsi 5-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 5-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 5-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 5-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 5-ci ayənin təfsiri nədir?
(Kafirlər) dedilər: «(Məhəmmədin gətirdikləri vəhy yox,) qatışıq yuxulardır. Ola bilsin ki, dediklərini özündən uydurur. Bəlkə də o bir şairdir. (Əgər doğru deyirsə,) əvvəl göndərilənlər kimi, o da bizim üçün möcüzə gətirsin.” Nöqtələr “Əzğas” dedikdə toplum, “əhlam” dedikdə isə yuxu mənaları anlaşılır. “Əzğasu əhlam” təbiri isə qatmaqarışıq yuxular mənasını bildirir. Kafirlər İslam Peyğəmbərindən (s) Musa və İsanın möcüzələrini gözləyirdilər. Əsl məqsədləri isə göstərişlərdən boyun qaçırmaq idi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.