Əl-Ənbiya surəsi · 44-cü ayə

Bəli, Biz onları (Məkkə müşriklərini) və onların atalarını (həyatın nemətlərindən) bəhrələndirdik, nəhayət ömürləri uzandı (və İsmailin zamanından indiyə kimi davam etdi və bütpərəst oldular). Məgər onlar Bizim yerə üz tutub onun kənarlarını azaltmağımızı görmürlər (küfr torpaqlarından kəsib İslam torpaqlarına əlavə edirik və onların əhalisini əsrlər keçdikcə azaldırıq, şəxslərin ardınca şəxslərin, millətlərin ardınca millətlərin kökünü kəsirik)? Belə olan halda onlar Bizə qalib gələcəklər?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 44
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Bununla belə, Biz onlara və atalarına ömürləri uzandıqca nemət verdik. Görmürlərmi ki, Biz yerin sorağına gəlib (ölüm və fəna ilə) onu ətrafından əskildirik. Yoxsa onlar (Bizə) qalibdir?”

Bildirişlər

  1. Ömrün uzunluğu və nemətlərdən faydalanma Allahın iradəsindən asılıdır. Bu istiqamətdə heç bir məbudun rolu yoxdur.

  2. Bəşər nəslinin nemətlərdən faydalanması ilahi lütf nişanəsi deyil. (Ata-babaların ömrünün uzunluğu və rifah içində yaşaması sizi çaşdırmasın.)

  3. Allah kafirləri cəzalandırmağa tələsmir.

  4. Ömrün uzunluğu bizi sevindirməməlidir. Allah kafirlərə günahlarını yumaq üçün möhlət olaraq uzun ömür vermişdir.

  5. Millətlər və mədəniyyətlər tarixindən xəbərdarlıq, bütün bunlardan ibrət götürülməsi bəyənilmiş işdir.

  6. Kafirlər millətlərin bir-birinin ardınca məhv olub getdiyini görə-görə qələbə ümidindədirmi?!

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 44-cü ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 44-cü ayəsi nə haqqındadır?
Bəli, Biz onları (Məkkə müşriklərini) və onların atalarını (həyatın nemətlərindən) bəhrələndirdik, nəhayət ömürləri uzandı (və İsmailin zamanından indiyə kimi davam etdi və bütpərəst oldular). Məgər onlar Bizim yerə üz tutub onun kənarlarını azaltmağımızı görmürlər (küfr torpaqlarından kəsib İslam torpaqlarına əlavə ed...
Əl-Ənbiya surəsi 44-cü ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 44-cü ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 44-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 44-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 44-cü ayənin təfsiri nədir?
“Bununla belə, Biz onlara və atalarına ömürləri uzandıqca nemət verdik. Görmürlərmi ki, Biz yerin sorağına gəlib (ölüm və fəna ilə) onu ətrafından əskildirik. Yoxsa onlar (Bizə) qalibdir?”BildirişlərÖmrün uzunluğu və nemətlərdən faydalanma Allahın iradəsindən asılıdır. Bu istiqamətdə heç bir məbudun rolu yoxdur.Bəşər nəslinin nemətlərdən faydalanması ilahi lütf nişanəsi deyil. (Ata-babaların ömrünün uzunluğu və rifah içində yaşaması sizi çaşdırmasın.)Allah kafirləri cəzalandırmağa tələsmir.Ömrün...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.