Əl-Ənbiya surəsi · 42-ci ayə

De: «(Əgər O, sizə əzab vermək istəsə) sizi Rəhman olan Allah(ın əzabın)dan gecə və gündüz kim qoruyar?» (Xeyr, onlar qəflətdən ayılmırlar,) əksinə, onlar Rəbblərini yada salmaqdan tamamilə üz döndərirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“De ki, sizi gecə və gündüz Rəhmanın əzabından kim qoruya bilər?! Amma onlar (yenə) Rəblərinin zikrindən üz döndərirlər.”

Bildirişlər

  1. Hansısa güc insanı təhlükədən qoruya bilməz.

  2. İnsan daim Allahın himayəsinə ehtiyaclıdır.

  3. Vicdanlara müraciət müvəffəqiyyətli təbliğ üsullarındandır.

  4. Allah daim (kafirlər də daxil olmaqla) hamını hifz edir.

  5. Bizim hərəkətlərimiz hətta rəhmət qaynağını da qəzəbə gətirir. (Allah Öz mərhəməti əsasında hifz edir.)

  6. Mühafizə Allahın rübubiyyət şənindəndir.

  7. İnsanlar Allah zikrindən üz çevirdikdə, Allah da onlardan üz çevirir.

  8. İnsan öz gerçək tərbiyəçini yada salmalıdır. Belə etmədiyi halda məzəmmətə layiqdir.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 42-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 42-ci ayəsi nə haqqındadır?
De: «(Əgər O, sizə əzab vermək istəsə) sizi Rəhman olan Allah(ın əzabın)dan gecə və gündüz kim qoruyar?» (Xeyr, onlar qəflətdən ayılmırlar,) əksinə, onlar Rəbblərini yada salmaqdan tamamilə üz döndərirlər.
Əl-Ənbiya surəsi 42-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 42-ci ayənin təfsiri nədir?
“De ki, sizi gecə və gündüz Rəhmanın əzabından kim qoruya bilər?! Amma onlar (yenə) Rəblərinin zikrindən üz döndərirlər.”BildirişlərHansısa güc insanı təhlükədən qoruya bilməz.İnsan daim Allahın himayəsinə ehtiyaclıdır.Vicdanlara müraciət müvəffəqiyyətli təbliğ üsullarındandır.Allah daim (kafirlər də daxil olmaqla) hamını hifz edir.Bizim hərəkətlərimiz hətta rəhmət qaynağını da qəzəbə gətirir. (Allah Öz mərhəməti əsasında hifz edir.)Mühafizə Allahın rübubiyyət şənindəndir.İnsanlar Allah zikrində...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.