Əl-Ənbiya surəsi · 29-cu ayə

Onlardan (mələk, insan və cinlərdən) hər kim «mən (özüm) Ondan qeyri və Onun müqabilində bir tanrıyam» desə, onu Cəhənnəmlə cəzalandırarıq. (Bəli,) Biz zalımları belə cəzalandırırıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 29
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Onlardan (mələklərdən) hansı biri «mən Allahın əvəzinə məbudam» desə, cəhənnəmi ona cəza qərar verərik. Biz zalımları bu sayaq cəzalandıracağıq.”

Nöqtələr

Ola bilsin ki, bu ayədə “qızım sənə deyirəm, gəlin sən eşit” prinsipi əsas götürülmüşdür. Yəni xalq bilməlidir ki, hətta mələklər belə bir kəsi şirkə dəvət etsələr, cəhənnəm əzabı gözləməlidirlər.

Bildirişlər

  1. Şirk iddiası heç bir mövcuddan qəbul olunmur və bağışlanmır.

  2. Allah qarşısında özünü Ona şərik kimi tanıtdıran istənilən bir kəs - tərəfdarı olsa da, olmasa da - cəhənnəmlə cəzalandırılır.

  3. İlahi cəzalar əbədi sünnə və qanunlara əsaslanır.

  4. Müşrik zalımdır və zalımın cəzası yalnız cəhənnəmdir.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 29-cu ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 29-cu ayəsi nə haqqındadır?
Onlardan (mələk, insan və cinlərdən) hər kim «mən (özüm) Ondan qeyri və Onun müqabilində bir tanrıyam» desə, onu Cəhənnəmlə cəzalandırarıq. (Bəli,) Biz zalımları belə cəzalandırırıq.
Əl-Ənbiya surəsi 29-cu ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 29-cu ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 29-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 29-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 29-cu ayənin təfsiri nədir?
“Onlardan (mələklərdən) hansı biri «mən Allahın əvəzinə məbudam» desə, cəhənnəmi ona cəza qərar verərik. Biz zalımları bu sayaq cəzalandıracağıq.”NöqtələrOla bilsin ki, bu ayədə “qızım sənə deyirəm, gəlin sən eşit” prinsipi əsas götürülmüşdür. Yəni xalq bilməlidir ki, hətta mələklər belə bir kəsi şirkə dəvət etsələr, cəhənnəm əzabı gözləməlidirlər.BildirişlərŞirk iddiası heç bir mövcuddan qəbul olunmur və bağışlanmır.Allah qarşısında özünü Ona şərik kimi tanıtdıran istənilən bir kəs - tərəfdarı ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.