Əl-Ənbiya surəsi · 27-ci ayə

Söhbətdə heç vaxt Allahdan qabağa keçməzlər (əksinə, söhbətlərinin mənşəyi Allahın əmri olar) və həmişə Onun (əzəli istəyinə müvafiq olan və elə iradələri də onun bir şüası olan istiqamətləndirici) əmri ilə iş görərlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“(Mələklər) sözdə Ondan önə keçmirlər və Onun əmrinə əməl edirlər.”

Nöqtələr

Mələklərin Allahın övladları olmasına əqidə müşriklərdən əlavə yəhudi və məsihilər arasında da yayılmışdır. “Mukrəmun” (əziz) sifətinin mələklərə aid edilməsinin səbəbi budur ki, onlar öncə Allahın bəndələridir, ikincisi, onların bəndəliyi xalis bəndəlikdir. “Rəhman” adı müşriklər arasında Allahın tanınmış adıdır.

Bildirişlər

  1. Başqalarının küframiz sözlərini nəql edərkən “sübhanəllah” deməklə Allahı paklığı ilə yad edin.

  2. Başqalarının çaşqınlığı haqqında danışarkən doğru yolu da göstərək.

  3. Allah əmrinə təslimçilik insanın kəramətini göstərir. (Bəli, yalnız danışıq və əməldə Allah göstərişini ötüb keçməyənlər kəramət əldə edirlər.)

  4. Mələklər Allahın məmurlarıdırlar. Onlar yalnız Allahın əmrinə əməl edir, heç vaxt uyğun əmrlərdən boyun qaçırmırlar.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 27-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 27-ci ayəsi nə haqqındadır?
Söhbətdə heç vaxt Allahdan qabağa keçməzlər (əksinə, söhbətlərinin mənşəyi Allahın əmri olar) və həmişə Onun (əzəli istəyinə müvafiq olan və elə iradələri də onun bir şüası olan istiqamətləndirici) əmri ilə iş görərlər.
Əl-Ənbiya surəsi 27-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 27-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 27-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 27-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 27-ci ayənin təfsiri nədir?
“(Mələklər) sözdə Ondan önə keçmirlər və Onun əmrinə əməl edirlər.”NöqtələrMələklərin Allahın övladları olmasına əqidə müşriklərdən əlavə yəhudi və məsihilər arasında da yayılmışdır. “Mukrəmun” (əziz) sifətinin mələklərə aid edilməsinin səbəbi budur ki, onlar öncə Allahın bəndələridir, ikincisi, onların bəndəliyi xalis bəndəlikdir. “Rəhman” adı müşriklər arasında Allahın tanınmış adıdır.BildirişlərBaşqalarının küframiz sözlərini nəql edərkən “sübhanəllah” deməklə Allahı paklığı ilə yad edin.Başq...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.