Əl-Ənbiya surəsi · 24-cü ayə

Onlar Allahın yerinə məbudlar götürüblər? De: «Dəlil-sübutunuzu gətirin. Bu (tovhidə dəvət və şirkin batil olması) mənimlə olanların və məndən qabaq olmuş kəslərin (peyğəmbərlərin) dilinin sözüdür. (Müşriklər dəlil-sübut və məntiq əhli deyildirlər,) əksinə, onların çoxu haqqı tanımırlar və buna görə də (ondan) üz döndərirlər.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 24
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Yoxsa onlar (kafirlər) Allahın əvəzinə məbudlar qəbul etdilər? (Onlara) de ki, dəlilinizi gətirin. Bu (Quran), mənim ardıcıllarımın və məndən öncəkilərin zikridir. (Allahın şəriki olmamasını hamı yekdil olaraq qəbul edib,) amma insanların əksəri haqqı bilməz və (ondan) üz döndərər.”

Nöqtələr

Həzrət Əli (ə) buyurur: “Həqiqətən, Quranın Peyğəmbərə (s) nazil olması ilə, ötən peyğəmbərlərin, vəsilərin elmi, Qiyamətədək baş verəcək hadisələrin xəbəri ona çatdırılmış oldu.” Sonra həzrət hazırkı ayəni tilavət etdi.

Bildirişlər

  1. Bir Allahdan uzaqlaşan hər bir kəs çoxsaylı bütlərin tələsinə düşür.

  2. Peyğəmbər (s) xalqla dəlil əsasında danışmalı və onlardan dəlil tələb etməlidir.

  3. Tövhidin dəlilləri var. Şirk isə heç bir dəlilə əsaslanmır.

  4. Əqidə əsaslarını təqlid əsasında qəbul etmək olmaz.

  5. Bütün səmavi kitablar tövhidə çağırmışdır.

  6. Səmavi kitablar yatmış fitrətlərin oyanmasına, unudulmuş həqiqətlərin yada salınmasına səbəb olur.

  7. Cahiliyyət fəzasında çoxluğun nə istiqbalı, nə də arxa çevirməsi əhəmiyyət kəsb etmir.


Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 24-cü ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 24-cü ayəsi nə haqqındadır?
Onlar Allahın yerinə məbudlar götürüblər? De: «Dəlil-sübutunuzu gətirin. Bu (tovhidə dəvət və şirkin batil olması) mənimlə olanların və məndən qabaq olmuş kəslərin (peyğəmbərlərin) dilinin sözüdür. (Müşriklər dəlil-sübut və məntiq əhli deyildirlər,) əksinə, onların çoxu haqqı tanımırlar və buna görə də (ondan) üz döndə...
Əl-Ənbiya surəsi 24-cü ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 24-cü ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 24-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 24-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 24-cü ayənin təfsiri nədir?
“Yoxsa onlar (kafirlər) Allahın əvəzinə məbudlar qəbul etdilər? (Onlara) de ki, dəlilinizi gətirin. Bu (Quran), mənim ardıcıllarımın və məndən öncəkilərin zikridir. (Allahın şəriki olmamasını hamı yekdil olaraq qəbul edib,) amma insanların əksəri haqqı bilməz və (ondan) üz döndərər.”NöqtələrHəzrət Əli (ə) buyurur: “Həqiqətən, Quranın Peyğəmbərə (s) nazil olması ilə, ötən peyğəmbərlərin, vəsilərin elmi, Qiyamətədək baş verəcək hadisələrin xəbəri ona çatdırılmış oldu.” Sonra həzrət hazırkı ayəni t...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.