Əl-Ənbiya surəsi · 23-cü ayə

O (Allah) etdikləri barəsində (heç kəs tərəfindən) sorğu-suala tutulmaz və onların hamısı (yaratdıqlarının hamısı Onun qarşısında) sorğu-sual edilərlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 23
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“O (Allah), gördüyü işə görə sorğuya çəkilməz. Amma onlar (insanlar) sorğuya çəkiləsidirlər.”

Bildirişlər

  1. Allah varlıq aləminin həqiqi və mütləq malikidir. Malik öz hökmlərinə görə qınanmır.

  2. Allahdan kimsənin tələbi, alacağı yoxdur. Sorğu haqqı isə tələb və alacağı olan kəsə aiddir.

  3. Allahı yalnız Ondan üstün kəs sorğuya çəkə bilər. Şübhəsiz ki, belə biri yoxdur.

  4. İnsanlar gördükləri işlərə görə məsuliyyət daşıyırlar.

  5. Sorğu və cəza məsuliyyətin ən üstün göstəricisi, azadlığın ən mühüm əlamətidir. (İmam Rzadan (ə) nəql olunmuş hədisdə deyilir: Allah Adəmə (ə) xitabən buyurdu: “Mən istəmişəm ki, sən öz arzunla azad olasan.” Bəli, insan məcburən sorğuya çəkilmir. Çünki məsuliyyət daşımayan və məcbur olmuş şəxsin sorğuya çəkilməsi əqlən qəbahətlidir.)

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 23-cü ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 23-cü ayəsi nə haqqındadır?
O (Allah) etdikləri barəsində (heç kəs tərəfindən) sorğu-suala tutulmaz və onların hamısı (yaratdıqlarının hamısı Onun qarşısında) sorğu-sual edilərlər.
Əl-Ənbiya surəsi 23-cü ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 23-cü ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 23-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 23-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 23-cü ayənin təfsiri nədir?
“O (Allah), gördüyü işə görə sorğuya çəkilməz. Amma onlar (insanlar) sorğuya çəkiləsidirlər.”BildirişlərAllah varlıq aləminin həqiqi və mütləq malikidir. Malik öz hökmlərinə görə qınanmır.Allahdan kimsənin tələbi, alacağı yoxdur. Sorğu haqqı isə tələb və alacağı olan kəsə aiddir.Allahı yalnız Ondan üstün kəs sorğuya çəkə bilər. Şübhəsiz ki, belə biri yoxdur.İnsanlar gördükləri işlərə görə məsuliyyət daşıyırlar.Sorğu və cəza məsuliyyətin ən üstün göstəricisi, azadlığın ən mühüm əlamətidir. (İmam ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.