Əl-Ənbiya surəsi · 22-ci ayə

Əgər göylərdə və yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz, (göylərin və yerin) hər ikisi (yaranmaq və qalmaq baxımından) xarab (zay) olardı. (Tədbirli, qüdrətli və müstəqil iradəyə malik bir neçə yaradanın olması yaradılışdan öncə ümumiyyətlə xilqətə mane olardı, belə tanrıların yaradılışdan sonra olması isə məxluqatın qalmasını pozardı.) Buna görə də ərşin sahibi olan (varlıq aləminə mütləq hakim olan) Allah (müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 22
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, hər ikisi (göy və yer) dağılardı. Ərşin Rəbbi olan Allah Ona aid edilən sifətlərdən pakdır.”

Nöqtələr

Bir neçə müəllif tərəfindən yazılmış kitaba diqqət və nəzər salsaq, onun müxtəlif cümlələri və hissələrinin üslubu arasında fərqlər görərik. Kitab böyüdükcə uyğun ziddiyyət də artır. Ola bilsin ki, eyni bir fikri müxtəlif şəxslər təsadüfi olaraq eyni bir tərzdə ifadə etsinlər. Amma varlıq aləmi kimi böyük bir kitabda mütləq uyğunluq və nizamı yalnız vahid Allah yarada bilər.

Bildirişlər

  1. Yaradanın birdən çox olması mümkünsüz işdir.

  2. Göylərin və yerin Rəbbi birdir. Müşriklər isə göy üçün ayrı, yer üçün ayrı Rəbb nəzərdə tuturlar.

  3. Bir işi bir neçə nəfərin idarə etməsi ziddiyyət və fəsad yaradır.

  4. Batil söz yada salınarkən “sübhanəllah” deməklə Allahı paklığına görə öymək lazımdır.

  5. Allahın təsbihi (pak sayılması) kor-koranə takrarlanmamalı, agahlıq, dəlil və məntiqə əsaslanmalıdır. (Öncə dəlil göstərildi ki, varlıq aləmində iki müdiriyyət olsa, fəsad yaranar, sonra Allaha təsbih deyildi.)


Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 22-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 22-ci ayəsi nə haqqındadır?
Əgər göylərdə və yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz, (göylərin və yerin) hər ikisi (yaranmaq və qalmaq baxımından) xarab (zay) olardı. (Tədbirli, qüdrətli və müstəqil iradəyə malik bir neçə yaradanın olması yaradılışdan öncə ümumiyyətlə xilqətə mane olardı, belə tanrıların yaradılışdan sonra olması i...
Əl-Ənbiya surəsi 22-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 22-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 22-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 22-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 22-ci ayənin təfsiri nədir?
“Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, hər ikisi (göy və yer) dağılardı. Ərşin Rəbbi olan Allah Ona aid edilən sifətlərdən pakdır.”NöqtələrBir neçə müəllif tərəfindən yazılmış kitaba diqqət və nəzər salsaq, onun müxtəlif cümlələri və hissələrinin üslubu arasında fərqlər görərik. Kitab böyüdükcə uyğun ziddiyyət də artır. Ola bilsin ki, eyni bir fikri müxtəlif şəxslər təsadüfi olaraq eyni bir tərzdə ifadə etsinlər. Amma varlıq aləmi kimi böyük bir kitabda mütləq uyğunluq və nizam...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.