Əl-Ənbiya surəsi · 2-ci ayə

Rəbblərindən onlara nə yeni öyüd-nəsihət (vəhy, Qur’an və möcüzə) gəlirsə ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar (lakin ciddi qəbul etmirlər).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ 05.05.2026
Onlara Rəbbləri tərəfindən nə vaxt yeni bir xəbərdarlıq gəldisə, onu
eşidib (yenə) əylənməyə başladılar.”

Nöqtələr
Allah kəlamının qədim və ya hadis (yeni) olma məsələsi abbasilər dövründə
ortaya atılmış mövzulardandır. Bu mövzuda xeyli mübahisələr aparılmışdır.
Uyğun mövzunun formalaşdırılmasında məqsəd, çox güman ki, xalqı zalım
hakimlərlə qarşıdurmadan yayındırmaq olmuşdur. Şübhəsiz ki, Quran
mahiyyətcə Allah elmindən qaynaqlanır və qədimdir. Peyğəmbərə nazil olan
sözlər isə hadis (yeni) sayılır. İstənilən bir halda bu sayaq mübahisələr fərd və
cəmiyyətin hansısa problemini həll etmir. İmamlarımız da bu sayaq
mübarizələrdən çəkinmişlər. 

Bildirişlər
1. İlahi xəbərdarlıqlar davamlıdır və təkrarlanır.
2. Xəbərdarlıq və tərbiyə bir-biri üçün şərtdir.
3. Quran zikr səbəbidir.
4. Xəbərdarlıqda yenilik bir dəyərdir.
5. Dinləmək və anlamaq bəs etmir, qəbul və əməl etmək də lazımdır.
6. Qəflət və həqiqətdən kənarlaşmaq mənasız işlərə sövq edir.
7. Vəhy və ilahi zikrdən uzaq həyat oyun-oyuncaqdan başqa bir şey deyildir.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 2-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 2-ci ayəsi nə haqqındadır?
Rəbblərindən onlara nə yeni öyüd-nəsihət (vəhy, Qur’an və möcüzə) gəlirsə ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar (lakin ciddi qəbul etmirlər).
Əl-Ənbiya surəsi 2-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 2-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 2-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 2-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 2-ci ayənin təfsiri nədir?
Onlara Rəbbləri tərəfindən nə vaxt yeni bir xəbərdarlıq gəldisə, onu eşidib (yenə) əylənməyə başladılar.” Nöqtələr Allah kəlamının qədim və ya hadis (yeni) olma məsələsi abbasilər dövründə ortaya atılmış mövzulardandır. Bu mövzuda xeyli mübahisələr aparılmışdır. Uyğun mövzunun formalaşdırılmasında məqsəd, çox güman ki, xalqı zalım hakimlərlə qarşıdurmadan yayındırmaq olmuşdur. Şübhəsiz ki, Quran mahiyyətcə Allah elmindən qaynaqlanır və qədimdir. Peyğəmbərə nazil olan sözlər isə hadis (yeni) sayı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.