Əl-Ənbiya surəsi · 112-cü ayə

(Peyğəmbər) dedi: «Ey Rəbbim, (mənimlə bu müşriklərin arasında) haqq əsasında hökm çıxar. Və (ey müşriklər,) bizim mehriban Rəbbimiz sizin (qalib gələcəyiniz və müsəlmanların məğlub olacaqları barəsində) dedikləriniz müqabilində (mənim üçün) mədəd yeridir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 112
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“(Peyğəmbər) dedi: «Pərvərdigara! (Sən özün bizim aramızda) haqq üzərində hökm ver. (Ey kafirlər, bilin ki,) hamımızın Rəbbi Rəhman Allahdır. Aid etdiyiniz sifətlər qarşısında Ondan kömək istənilər.»”

Bildirişlər

  1. Bəzən inadkarlıq elə bir həddə çatır ki, aləmlərə rəhmət olan Peyğəmbər (s) nifrin etməyə məcbur olur.

  2. Düşmənlərin inadkarlığı qarşısında Allahdan yardım alaq.

  3. Duaya “Rəbb” sözü ilə başlayaq.

  4. Rübubiyyət və mühakimə arasında yaxın bağlılıq var.

  5. Hər şeydən xəbərdar olan mütləq alimin mühakiməsi haqdır.

  6. Düşmənlərə münasibətdə də həddi aşmayaq. Artıq cəza istəməyək.

  7. Hətta nifrin və cəza istəyərkən rəhməti yaddan çıxarmayaq, hamı üçün həmişəlik ümid bacası qoyaq.

  8. Böhtanlar və hədyanlar cavabsız qalmayacaq. Unutmayaq ki, hər şey qeydə alınır. Tərif və tənqidlərimizə qarşı diqqətli olaq.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 112-cü ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 112-cü ayəsi nə haqqındadır?
(Peyğəmbər) dedi: «Ey Rəbbim, (mənimlə bu müşriklərin arasında) haqq əsasında hökm çıxar. Və (ey müşriklər,) bizim mehriban Rəbbimiz sizin (qalib gələcəyiniz və müsəlmanların məğlub olacaqları barəsində) dedikləriniz müqabilində (mənim üçün) mədəd yeridir.»
Əl-Ənbiya surəsi 112-cü ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 112-cü ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 112-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 112-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 112-cü ayənin təfsiri nədir?
“(Peyğəmbər) dedi: «Pərvərdigara! (Sən özün bizim aramızda) haqq üzərində hökm ver. (Ey kafirlər, bilin ki,) hamımızın Rəbbi Rəhman Allahdır. Aid etdiyiniz sifətlər qarşısında Ondan kömək istənilər.»”BildirişlərBəzən inadkarlıq elə bir həddə çatır ki, aləmlərə rəhmət olan Peyğəmbər (s) nifrin etməyə məcbur olur.Düşmənlərin inadkarlığı qarşısında Allahdan yardım alaq.Duaya “Rəbb” sözü ilə başlayaq.Rübubiyyət və mühakimə arasında yaxın bağlılıq var.Hər şeydən xəbərdar olan mütləq alimin mühakiməsi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.