Əl-Ənbiya surəsi · 104-cü ayə

(Yada sal) o günü ki, Biz göyü (daxilində olan hər bir şeylə, lülə şəkilli) yazı səhifəsinin bürmələnməsi kimi bürmələyəcəyik. Məxluqatı birinci dəfə (zərrəciklərini su və torpaqdan toplayıb) vücuda gətirdiyimiz kimi yenidən qaytaracağıq (onun dağılmış və ya məhv olmuş zərrəciklərini toplayaraq əvvəlki vəziyyətinə salacağıq). (Bu iş) Bizim öhdəmizdə olan bir vəddir ki, Biz onu edəcəyik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 104
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Bir gün səmanı yazı vərəqləri tək bükərik. Yaranışa başladığımız kimi, onu geri döndərərik. Bu, Bizim öhdəmizdə olan bir vəddir. Biz hökmən (vədimizi) yerinə yetirənik.”

Bildirişlər

  1. Varlıq aləmi əzəli və əbədi deyil. O bir gün halını dəyişəsidir.

  2. Allah üçün səmaları bükmək bir vərəq bükmək qədər asandır.

  3. Mövzunu anlamaq üçün təmsil ən üstün və yetərli yoldur.

  4. Əgər kağızı bükmək ondakı yazıları məhv etmək sayılmırsa, səmaların bükülməsi də yaranışın məhvi sayılmamalıdır.

  5. Səmadakı bütün dəyişikliklər Allahın istək və iradəsindən asılıdır.

  6. Allah bükülü məxluqları ilkin yaranışda olduğu şəkildə xəlq edəsidir.

  7. İlahi vədlər qətidir və həyata keçəsidir.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 104-cü ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 104-cü ayəsi nə haqqındadır?
(Yada sal) o günü ki, Biz göyü (daxilində olan hər bir şeylə, lülə şəkilli) yazı səhifəsinin bürmələnməsi kimi bürmələyəcəyik. Məxluqatı birinci dəfə (zərrəciklərini su və torpaqdan toplayıb) vücuda gətirdiyimiz kimi yenidən qaytaracağıq (onun dağılmış və ya məhv olmuş zərrəciklərini toplayaraq əvvəlki vəziyyətinə sala...
Əl-Ənbiya surəsi 104-cü ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 104-cü ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 104-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 104-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 104-cü ayənin təfsiri nədir?
“Bir gün səmanı yazı vərəqləri tək bükərik. Yaranışa başladığımız kimi, onu geri döndərərik. Bu, Bizim öhdəmizdə olan bir vəddir. Biz hökmən (vədimizi) yerinə yetirənik.”BildirişlərVarlıq aləmi əzəli və əbədi deyil. O bir gün halını dəyişəsidir.Allah üçün səmaları bükmək bir vərəq bükmək qədər asandır.Mövzunu anlamaq üçün təmsil ən üstün və yetərli yoldur.Əgər kağızı bükmək ondakı yazıları məhv etmək sayılmırsa, səmaların bükülməsi də yaranışın məhvi sayılmamalıdır.Səmadakı bütün dəyişikliklər A...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.