Əl-Ənbiya surəsi · 1-ci ayə

İnsanlarla (Qiyamətdə) haqq-hesab aparılması yaxınlaşıb (o, Allah baxımından yaxındır, və yaxud: ümumiyyətlə gəlməsi qəti olan hər bir şey yaxındır), halbuki onlar (həmin haqq-hesabdan) qəflətdədirlər və üz döndərirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 1
MÖHSÜN QƏRAƏTİ 05.05.2026

İnsanların hesab vaxtı yaxınlaşmışdır. Onlarsa qəflət içində arxa
çevirmişlər!”


Nöqtələr
Sual: Məgər “qəflət” dedikdə bir şeyə diqqətsizlik, “arxa çevirmək” dedikdə
isə bir şeyi görüb ondan üz döndərmək nəzərdə tutulursa, bu iki təbir ayədə
yanaşı necə işlənmişdir?

Cavab: Qəflət və diqqətsizlik iki növdür:
a) Xəbərdarlıqla aradan qaldırılan qəflət;
b) Arxa çevirməklə sonuclanan qəflət. Yəni qafil şəxs özünü yatmış göstərib
çağırışa cavab verməyən kəs kimi ayılmaq istəmir.

İnsanların əksəri məad və Qiyamət hesabından qəflətdə olduğu üçün Allah
bu qəfləti bütün xalqa aid edir. Əlbəttə ki, bütün hallarda insanların bir qismi
istisnadır. Hazırkı surənin 97-ci ayəsində insanlar qəflətdə olduqlarını öz dilləri
ilə etiraf edirlər.

QIYAMƏT GÜNÜ HESAB MƏSƏLƏSINƏ BIR BAXIŞ
Ayələrdən müəyyən nəticələr çıxarılır:
1
“Təfsire-nümunə”.282
1. Bütün insanlar sorğu-suala çəkilər. 
2. Bütün əməllər hesaba çəkilər. 
3. Bütün hallar nəzərdən keçirilər. 
4. İnsanın hər bir bədən üzvü sorğuya çəkilər. 
5. İlahi nemətlər haqqında soruşular. 
6. Bütün işlər - harada olur olsun, nə ölçüdə olur olsun - səhnəyə gətirilər. 
Öncə namaz haqqında soruşular. Gənclik, ömür, qazanc yolu, xüsusi ilə
rəhbərlik və vilayət kimi mühüm məsələlərin hesabı aparılar. Elə bircə bu yetər
ki, Allah özü hesab aparsın. 

Bildirişlər
1. Xalqla hesab aparılması qəti bir məsələdir.
2. Qiyamət və hesab vaxtının uzaq olmasını düşünməyək.
3. Hesab bütün insanlara aiddir.
4. Nizam və hesab kamil həyat şərtləridir. (İnsan təsadüfən yaranmayıb,
məqsədli şəkildə vücuda gətirilib.)
5. İnsanların diqqətini cəlb etmək üçün bəzən sərt və hədələyici halda
danışmaq lazım gəlir.
6. İnsanlar qiyamət sorğusundan qəflətdə olsalar da bu sorğu özü onların
sorağınca gəlir.
7. Etinasızlıqdan doğan qəflət təhlükəlidir.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 1-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 1-ci ayəsi nə haqqındadır?
İnsanlarla (Qiyamətdə) haqq-hesab aparılması yaxınlaşıb (o, Allah baxımından yaxındır, və yaxud: ümumiyyətlə gəlməsi qəti olan hər bir şey yaxındır), halbuki onlar (həmin haqq-hesabdan) qəflətdədirlər və üz döndərirlər.
Əl-Ənbiya surəsi 1-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 1-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 1-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 1-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 1-ci ayənin təfsiri nədir?
İnsanların hesab vaxtı yaxınlaşmışdır. Onlarsa qəflət içində arxaçevirmişlər!” Nöqtələr Sual: Məgər “qəflət” dedikdə bir şeyə diqqətsizlik, “arxa çevirmək” dedikdə isə bir şeyi görüb ondan üz döndərmək nəzərdə tutulursa, bu iki təbir ayədə yanaşı necə işlənmişdir? Cavab: Qəflət və diqqətsizlik iki növdür:a) Xəbərdarlıqla aradan qaldırılan qəflət; b) Arxa çevirməklə sonuclanan qəflət. Yəni qafil şəxs özünü yatmış göstərib çağırışa cavab verməyən kəs kimi ayılmaq istəmir. İnsanların əksəri məad və...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.