Əl-Ənam ‏ surəsi · 97-ci ayə

Həmçinin quru və dənizin qaranlıqlarında doğru yolu tapmağınız üçün ulduzları sizin üçün yaradan Odur. Həqiqətən, Biz (Öz tovhid, qüdrət və hikmət) ayələri(mizi) bilən dəstə üçün ətraflı açıqladıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 97
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Odur ulduzları sizin üçün qərarlaşdıran. (Bununla) quru və dəniz qaranlıqlarında onlar vasitəsi ilə yolu tapasınız (deyə). Şübhəsiz, Biz nişanələri agah və bilən bir qövm üçün ətraflı aydınlaşdırdıq.”
Nöqtələr
"Heyət” (ulduzşünaslıq) elmi ən qədim bəşər elmlərindəndir. İnsan səhra və dəniz səfərlərində ulduzlardan istifadə edir. Bu vasitə etibarlı, həmişəlik, toxunulmaz, təbii və hədsiz bir vasitədir.
İslamın təbiət səhnələrinə xüsusi diqqəti var. Bəzi Quran surələri təbiətdəki əşyaların adı ilə adlandırılmışdır. İslami ibadətlər də təbiətlə bağlıdır. Vaxtı tanıma (vəqtşünaslıq), qibləni tanıma, günəş və ayın batması, ayət namazı, ayın əvvəlinin və sonunun təyini bu qəbildəndir. Bu zərurətlər insanların heyət elmi ilə tanışlığına səbəb olmuşdur. Nəticədə, Bağdad, Dəməşq, Qahirə, Marağa, Əndəlus rəsədxanaları tikilmiş, bu mövzuda müsəlmanlar tərəfindən dəyərli kitablar yazılmışdır.
Allah insanı nadir hallarda olsa da, ehtiyaclı olduğu dəniz və quru səfərlərində hidayət etmiş, yol göstərmişdir. Əgər müvəqqəti ömürdə baş verən səfərlərdə insan hidayət olunmuşsa, onun haqqa doğru əbədi səfərdə bələdçisiz qalması mümkündürmü? Quru və dəniz səfərlərində insana yol göstərilməsi bəşəriyyətin Allaha doğru hidayətində risalət və imamətin zərurətindən danışır.
Hədislərdə «hidayət edən, yol göstərən ulduzlar» dedikdə məsum rəhbərlər, ilahi övliyalar nəzərdə tutulur. 
Bildirişlər
1. Ulduzlar Allahın məxluqu və yol göstərən vasitələridir. (Bəzilərinin düşündüyü kimi, ulduzlar xaliq və ya tədbirçi deyildir.)
2. Səmadakı ulduzların nizamı o qədər dəqiqdir ki, onların vasitəsi ilə yerdə yol tapmaq olar.
3. Əlbəttə ki, təklikdə ulduzların ölçüsünü, çəkisini, aralarındakı məsafəni, hərəkət sürətini, bir sözlə ulduzşünaslıq və nücum elmini bilməklə Allaha çatmaq olmaz. İnsan bu yolda Allahı tanımaq məqsədində olmalıdır.
(Bəli, insanın öz simasını səliqəyə salması üçün təkcə güzgüyə baxmaq bəs etmir. Güzgüyə baxdıqdan sonra insan özünü səliqəyə salmalıdır. Bəlkə də bir çox güzgü satanlar gündə təkrar-təkrar ona baxsalar da, hətta yaxalarını belə səliqəyə salmırlar.)

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 97-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 97-ci ayəsi nə haqqındadır?
Həmçinin quru və dənizin qaranlıqlarında doğru yolu tapmağınız üçün ulduzları sizin üçün yaradan Odur. Həqiqətən, Biz (Öz tovhid, qüdrət və hikmət) ayələri(mizi) bilən dəstə üçün ətraflı açıqladıq.
Əl-Ənam ‏ surəsi 97-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 97-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 97-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 97-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 97-ci ayənin təfsiri nədir?
"Odur ulduzları sizin üçün qərarlaşdıran. (Bununla) quru və dəniz qaranlıqlarında onlar vasitəsi ilə yolu tapasınız (deyə). Şübhəsiz, Biz nişanələri agah və bilən bir qövm üçün ətraflı aydınlaşdırdıq.” Nöqtələr "Heyət” (ulduzşünaslıq) elmi ən qədim bəşər elmlərindəndir. İnsan səhra və dəniz səfərlərində ulduzlardan istifadə edir. Bu vasitə etibarlı, həmişəlik, toxunulmaz, təbii və hədsiz bir vasitədir. İslamın təbiət səhnələrinə xüsusi diqqəti var. Bəzi Quran surələri təbiətdəki əşyaların adı il...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.