Əl-Ənam ‏ surəsi - Ayə: 67

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 67
(Allahın verdiyi) hər bir xəbərin (cəza və ya mükafatlandırma vədinin zaman və məkan baxımından) gerçəkləşməsi üçün qərara alınmış bir vaxt vardır və tezliklə biləcəksiniz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 67. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 67 MÖHSÜN QƏRAƏTİ.

"(Allah və ya Onun peyğəmbərinin sizə verdiyi) hər bir xəbər üçün vaxt müəyyənləşmişdir və tezliklə biləcəksiniz.”
Nöqtələr
Əvvəlki ayədə deyildi: "Allahın hər tərəfdən sizə əzab nazil etmək qüdrəti var.” Bu ayədə buyurulur: "Əgər inadkar kafirlərə bir əzab gəlmədisə, tələsməyin. Çünki hər bir xəbərin gerçəkləşməsi üçün müəyyən zaman var.”
Bildirişlər
1. Hər bir ilahi xəbərin və proqramın gerçəkləşməsi qətidir, hikmətə əsaslanır və müəyyən zaman üçün nəzərdə tutulmuşdur. (Heç bir hadisə proqramsız, məqsədsiz və təsadüfi deyil.)
2. İman gətirməyə məcbur edilməsəniz də, öz işinizin sonunu, aqibətini düşünün.
3. Tələsik mühakimə yürütməyin, Allahın sizə möhlət verməsini Onun sizdən xəbərsiz olması kimi qəbul etməyin.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.