Əl-Ənam ‏ surəsi · 69-cu ayə

Onların (əməl və cəza) hesabından təqvalıların öhdəsinə bir şey düşmür, lakin (bunları deməkdən məqsəd) yada salmaq və nəsihətdir (ki), bəlkə çəkindilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 69
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Təqva yolunu seçənlər onların (sitəmkarların) günahına görə sorğuya çəkilməyəcəklər. Amma onlara nəsihət verməlidirlər ki, bəlkə təqvalılardan olalar.”
Nöqtələr
Pis danışanlar və məsxərəyə qoyanlarla yoldaşlığı qadağan edən ayə nazil olduqda bir dəstə dedi: "Demək, Məscidül-hərama da getməməli, təvaf etməməliyik. Çünki istehza edənlərin əli oraya uzanmışdır.” Ayə nazil oldu ki, gücləri qədərində xatırladan təqvalı müsəlmanların hesabı ayrıdır. Onlar Məscidül-həramı tərk etməsinlər.” 
Nəhy əz münkər və doğru yola çağırış məqsədi ilə günah əhlinin məclisində iştirak etməyin eybi yoxdur. Əlbəttə ki, bu istisna təqvalı və təsirə düşməyən insanlara aiddir. Çoxları isə boğulanı qurtarmaq istədikdə özləri qərq olurlar.
Su çəkmək istərkən çaydan bir qulam,
Çay alıb qulamı apardı lapdan.
Bildirişlər
1. Məsələlərdə "əhəmm” və "mühüm” (əhəmiyyətli və daha əhəmiyyətli) prinsipinə riayət edilməsi əqli və islami üsullardandır. Azğınları qurtarmaq və ya pis sözə cavab vermək məqsədi ilə müvəqqəti olaraq haqsızlığı dinləmək caizdir.
2. Təqva insanı günahdan qoruyan vasitədir. (Yanğın söndürənləri oddan qoruyan xüsusi libas kimi.)
3. Haqsız danışanlarla yoldaşlıqdan çəkinək və onların sözünü dinləməyək. Amma özümüzdən asılı olmayaraq bir söz eşitsək, bunun eybi yoxdur.
4. Özümüz təqvalı olmaqla yanaşı başqalarının da təqvalı olmalarına çalışaq.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 69-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 69-cu ayəsi nə haqqındadır?
Onların (əməl və cəza) hesabından təqvalıların öhdəsinə bir şey düşmür, lakin (bunları deməkdən məqsəd) yada salmaq və nəsihətdir (ki), bəlkə çəkindilər.
Əl-Ənam ‏ surəsi 69-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 69-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 69-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 69-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 69-cu ayənin təfsiri nədir?
"Təqva yolunu seçənlər onların (sitəmkarların) günahına görə sorğuya çəkilməyəcəklər. Amma onlara nəsihət verməlidirlər ki, bəlkə təqvalılardan olalar.” Nöqtələr Pis danışanlar və məsxərəyə qoyanlarla yoldaşlığı qadağan edən ayə nazil olduqda bir dəstə dedi: "Demək, Məscidül-hərama da getməməli, təvaf etməməliyik. Çünki istehza edənlərin əli oraya uzanmışdır.” Ayə nazil oldu ki, gücləri qədərində xatırladan təqvalı müsəlmanların hesabı ayrıdır. Onlar Məscidül-həramı tərk etməsinlər.”  Nəhy əz mü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.