Əl-Ənam ‏ surəsi - Ayə: 57

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 57
De: «Mən öz Rəbbim tərəfindən (Qur’an və vəhy kimi) aşkar bir dəlilə əsaslanıram və siz onu təkzib etdiniz. Sizin tələsdiyiniz şey (səmavi əzab) mənim yanımda (əlimdə) deyildir. (Varlıq aləmində mütləq) hökm yalnız Allaha məxsusdur ki, haqqı bəyan edir və (onu nahaqdan) ayırır. O, (haqla batil arasında) hökm edənlərin və (onları bir-birindən) ayıranların ən yaxşısıdır.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 57. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 57 MÖHSÜN QƏRAƏTİ.

"De ki, həqiqətən, mən Rəbbim tərəfindən aşkar bir dəlilə əsaslanıram. Amma siz onu yalan sayırsınız. Sizin (ilahi əzabdan) tələsərək istədiyiniz (cəza) mənim əlimdə deyil. Əmr yalnız Allahın əlindədir, O haqqı bəyan edir və haqqı batildən ən üstün şəkildə ayırd edəndir.”
Nöqtələr
"Bəyyinə” elə bir dəlilə deyilir ki, kamil və aşkar şəkildə haqqı batildən ayırd etsin. Peyğəmbərlərin dəlilləri və möcüzələri açıq-aşkar idi və inadkarlıq göstərməyən hər bir kəs onları anlayır və qəlbən qəbul edirdi. Ona görə də peyğəmbərlər özlərini "bəyyinə” sahibi kimi tanıtdırmışlar.
Kafirlər dedilər: "Əgər doğru deyirsənsə, nə üçün Allahın qəzəbi bizə nazil olmur? Başqa bir ayədə də oxşar bəyanatla rastlaşırıq: "Əgər bu məsələ doğrudursa, Pərvərdigara, bizə daş yağdır.”  Digər qövmlərdə də əzab istəyi müşahidə edilmişdir. Həzrət Hud, Həzrət Saleh və Həzrət Nuhun qövmləri də "əgər doğru deyirsənsə, vəd olunmuş əzabı yubanmadan bizə gətir.” 
Bildirişlər
1. Peyğəmbərlərin dəvəti onların xəyal və kor-koranə təqlidinə yox, "bəyyinəyə” əsaslanır.
2. Peyğəmbərlərə bəyyinə əta olunması Allahın rübubiyyət şölələrindəndir.
3. Peyğəmbərlərin ilahi "bəyyinəsi” olmalıdır. Onlar xalqın meylləri əsasında iş görmürlər. (Quran "bəyyinə”, aşkar dəlil və peyğəmbərin haqlı olması sübutudur.)
4. İslam Peyğəmbəri (s) onun "bəyyinəsi” olan Qurandan kamil şəkildə xəbərdardır. (Ayədəki "əla bəyyinətin” təbiri kimi əhatəni göstərir.)
5. Kafirlər peyğəmbərin bəyyinəsini təkzib etdikləri halda öz nəfs istəklərinin peyğəmbər tərəfindən qəbul olunacağını gözləyirdilər.
6. Bəhanəçi insanlarla qəti şəkildə danışın.
7. Peyğəmbər məntiq və bəyyinə ilə gəlmiş yeganə elçidir. Varlıq nizamı Allahın əlindədir. (Peyğəmbərdən tələsik ilahi əzab istəməklə öz məhvinizi diləməyin.)
8. Ayə həm kafirləri hədələyir, həm də peyğəmbərə təsəlli verir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.