Əl-Ənam ‏ surəsi - Ayə: 56

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 56
De: «Sizin Allahın əvəzinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan olunmuşdur». De: «Mən əsla sizin nəfsi istəklərinizə tabe olmaram ki, onda azmış olar və doğru yolu tapanlardan olmaram.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 56. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 56 MÖHSÜN QƏRAƏTİ.

"De ki, mənə sizin Allah əvəzinə çağırdıqlarınıza pərəstiş qadağan olunmuşdur. De ki, mən sizin nəfs istəklərinizə tabe olmuram, çünki bu halda yolumu azıb, hidayət tapanlardan olmayacağam.”
Bildirişlər
1. Müşriklərin bütlərə pərəstişə əsaslanan yersiz istəklərinin cavabı qəti şəkildə verilməlidir. (Bəli, şirk heç bir halda qəbul ediləsi deyil.)
2. Peyğəmbərlərin rəftarı və mövqeyi vəhydən qaynaqlanır.
3. Şirkə etiraz İslamın tərkib hissəsidir.
4. Şirkin kökü nəfs istəklərinə tabeçilikdir.
5. Təbliğatçı xalqın nəfs istəklərini izləməməlidir.
6. Nəfs istəkləri insandakı hidayət zəminəsini aradan qaldırır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.