Əl-Ənam ‏ surəsi - Ayə: 62

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 62
Sonra onların hamısı Allaha – onların həqiqi və əsl ixtiyar sahibinə tərəf qaytarılacaqlar. Bilin ki, (o gün, barəsində heç bir mübahisə olmayan və mütləq) hakimiyyət (və varlıq aləmində ən təsirli hökm) Ona məxsusdur və O, hesab çəkənlərin ən sürətlisidir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 62. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 62 MÖHSÜN QƏRAƏTİ.

"Sonra xalq Allaha, həqiqi mövlasına doğru qaytarılar. Agah olun ki, yardım və mühakimə yalnız Allaha məxsusdur. O, hesab çəkənlərin ən sürətlisidir.”
Nöqtələr
Rəvayətlərdə bildirilir ki, Allah Öz bəndələrinin hesabını bir qoyunu sağmaq müddətində - olduqca tez bir zamanda - aparar. 
Həzrət Əlidən (ə) soruşdular: "Allah bu qədər məxluqun hesabına necə yetişir?” Həzrət buyurdu: "Onlara ruzi çatdırdığı kimi.” Sual olundu: "Görünmədiyi halda necə hesab aparır?” Həzrət buyurdu: "Necə ki, görünmədiyi halda bəndələrin ruzisini verir.” 
Sual: "Allahın hesab aparması ayə və rəvayətlərdə göstərildiyi kimi sürətlə gerçəkləşirsə, nə üçün qiyamət günü bir bu qədər uzundur?
Cavab: Qiyamətin uzunluğu bir növ cəzadır. Onun uzunluğunu hesabın çətinliyi ilə ölçmək olmaz. (Hesabın tezliyinə gəldikdə, insan Allahın məxluqu olduğu halda, bugünkü dünyada kompüter vasitəsi ilə bir dəqiqədən də az müddətdə olduqca böyük hesabatlar aparır.)
Bildirişlər
1. Hamı Allaha doğru qayıdasıdır və qiyamətin yeganə qazisi Odur.
2. Həqiqi mövla odur ki, yaratmaq, nəzarət etmək, yuxu və oyaqlıq, ölüm və dirçəliş, mühakimə və hesab Onun əlində olsun.
3. Allahdan savay bütün mövlalar batil və ya məcazidir. İlahi peyğəmbər və övliyaların hakimiyyəti isə Onun hakimiyyətinin bir şöləsidir.
4. Allahın hesab sürəti bütün hesab növlərindən itidir.
5. Hesabın tezliyi və işlərə nəzarət ilahi bir dəyər və üsuldur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.