Əl-Ənam ‏ surəsi - Ayə: 58

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 58
De: «Əgər tələsdiyiniz şey mənim ixtiyarımda olsaydı (bütün lazımi dəlillər sizə təqdim edilib qurtardığı və mənim insani səbrim tükəndiyi üçün əzab göndərərdim və) mənimlə sizin aranızdakı iş mütləq (çoxdan) sona çatmışdı. Lakin Allah zalımları daha yaxşı tanıyandır (və kimi, harada və necə həlak etməli olduğunu bilir).»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 58. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 58 MÖHSÜN QƏRAƏTİ.

"De ki, əgər tələsərək istədiyiniz (şey) məndə olsaydı (sizin istəyinizlə əzab nazil edərdim), şübhəsiz, mənimlə sizin aranızda iş bitərdi. Amma Allah sitəmkarların halına daha agahdır (vaxtında cəzalandırır).”
Bildirişlər
1. Xalqın tələsməsi ilahi hikməti dəyişməz.
2. Cəzalar Allahın əlindədir. Amma O, kafirlərin istəyi əsasında əzab verməyə tələssə, kimsə diri qalmaz. 
3. Allah Öz hikmət və sünnəsinə əsasən zalımlara möhlət verir.
4. Allahın əzabının yubanması kafirlərdə belə bir fikir yaratmasın ki, onların küfrü yaddan çıxmışdır.
5. İmandan dönmək və əzaba tələsmək zülmdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.