Əl-Ənam ‏ surəsi - Ayə: 51

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 51
Bununla (bu Qur’an vasitəsilə) özlərinin Rəbbinə tərəf toplanacaqlarından qorxan kəsləri qorxut – (çün)ki, (həmin gün) onların Allahdan başqa heç bir başçı, yardımçı və şəfaətçiləri olmayacaqdır – bəlkə çəkindilər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 51. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 51 MÖHSÜN QƏRAƏTİ.

"Onun (Quranın) vasitəsi ilə Allahın hüzurunda məhşur olacağından (dayanacağından) qorxan kəslərə xəbərdarlıq et. (Çünki) onlar üçün Allahdan qeyri yardımçı və şəfaətçi yoxdur. Bəlkə çəkinələr.”
Nöqtələr
Quranda Allah-təala dəfələrlə peyğəmbərə buyurur ki, sənin xəbərdarlıqların yalnız Allahdan qorxanlara təsir edər. 
Bildirişlər
1. Peyğəmbərlərin hidayətinin təsir qoymasında fərdlərin hazırlığı şərtdir.
2. Məada etiqad təqvanın açarıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.