Əl-Ənam ‏ surəsi · 46-cı ayə

De: «Mənə xəbər verin, əgər Allah sizin qulaq və gözlərinizi(n gücünü) alsa və qəlblərinizə (anlamazlıq və bədbəxtlik) möhürü vursa, onları sizə Allahdan başqa hansı məbud gətirəcək?» Gör Biz Öz ayələrimizi necə müxtəlif (surətdə) gətiririk, sonra onlar (yenə də) üz döndərirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, nə düşünürsünüz, əgər Allah sizin eşitmə və görmənizi alsa və qəlblərinizə möhür vursa, Ondan başqa hansı məbud bunları sizin üçün aça bilər? Gör ki, Biz ayələri müxtəlif şəkillərdə necə bəyan edirik. Amma onlar (iman gətirib təslim olmaq əvəzinə) üz döndərirlər.”
Nöqtələr
Surənin əvvəlindən hazırkı hissəsinədək Allah müxalifləri on dəfəyədək suallar vasitəsi ilə düşünməyə dəvət etmişdir. Çünki nemətləri düşünmək, onların dəyişməsini təsəvvür etmək allahşünaslıq zəminəsidir. İnsan düşünməlidir ki, əgər ağaclar cücərməsə , sular şor və acı olsa , əgər sular yerə hopsa , əgər gecə və ya gündüz daimi olsa , əgər insanın gözü, qulağı və düşüncəsi işdən düşsə  nə olar?!
İmam Baqir (ə) buyurmuşdur: «Əgər Allah sizin hidayət yolunuzu bağlasa, kim ikinci dəfə sizi hidayət edə bilər?!» Sonra imam (ə) hazırkı ayəni tilavət etmişdir.[ 
Bildirişlər
1. Quranın təbliğ və tərbiyə üsullarından biri vicdanın sorğuya çəkilməsidir.
2.Allah üçün verdiyi nemətləri geri almaq asandır. Gəlin diqqətli olaq.
3. Həm yaranış Allahdandır, həm də onun hər anı ilahi nemətdir.
4. Qulaq, göz və əql insanın hiss üzvləridir və ən mühüm ilahi nemətlərdəndir.
5. Uydurma məbudların nə yaratma, nə də nemət yetirmə gücləri var. (Bəli, yalnız həm neməti verməyi, həm də onu geri almağı bacaran varlıq pərəstişə layiqdir.)
6. Bir bu qədər dəlil olan yerdə müşriklərin Allahdan qeyrilərinə üz tutması təəccüb doğurur.
7. İnadkar insanlara heç bir bildiriş təsir göstərmir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 46-cı ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 46-cı ayəsi nə haqqındadır?
De: «Mənə xəbər verin, əgər Allah sizin qulaq və gözlərinizi(n gücünü) alsa və qəlblərinizə (anlamazlıq və bədbəxtlik) möhürü vursa, onları sizə Allahdan başqa hansı məbud gətirəcək?» Gör Biz Öz ayələrimizi necə müxtəlif (surətdə) gətiririk, sonra onlar (yenə də) üz döndərirlər.
Əl-Ənam ‏ surəsi 46-cı ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 46-cı ayənin təfsiri nədir?
"De ki, nə düşünürsünüz, əgər Allah sizin eşitmə və görmənizi alsa və qəlblərinizə möhür vursa, Ondan başqa hansı məbud bunları sizin üçün aça bilər? Gör ki, Biz ayələri müxtəlif şəkillərdə necə bəyan edirik. Amma onlar (iman gətirib təslim olmaq əvəzinə) üz döndərirlər.” Nöqtələr Surənin əvvəlindən hazırkı hissəsinədək Allah müxalifləri on dəfəyədək suallar vasitəsi ilə düşünməyə dəvət etmişdir. Çünki nemətləri düşünmək, onların dəyişməsini təsəvvür etmək allahşünaslıq zəminəsidir. İnsan düşünm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.