Əl-Ənam ‏ surəsi · 41-ci ayə

Əksinə, yalnız Onu çağıracaqsınız - O da əgər istəsə, aradan qaldırılması üçün dua etdiyiniz şeyi aradan qaldıracaqdır - və (Ona) qoşduğunuz şərikləri unudacaqsınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 41
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əksinə, (təhlükə zamanı) yalnız Onu çağırarsınız. Əgər istəsə, Allah Onu çağırmağınıza səbəb olan çətinliyi aradan qaldırar. Allaha şərik güman etdiklərinizi (qiyamət günü) unudarsınız.”
Nöqtələr
Əzabın götürülməsinin səbəbi ya höccətin, dəlillərin tamamlanması məqsədidir, ya da qövmün halının dəyişilməsi. Necə ki, "Yunus” surəsinin 98-ci ayəsində buyurulur: "İman gətirdiklərinə görə onları zillət əzabından azad etdik.”
Bildirişlər
1. İnsan çətin hadisələrlə qarşılaşdığı zaman bütün uydurma məbudlar yaddan çıxır. Bu məbudlar nəinki unudulur, hətta inkar edilir. Digər bir ayədə oxuyuruq: "Müşriklər qiyamət günü and içməklə öz şirklərini inkar edərlər.” 
2. Xalisanə dua qəbul olunur.
3. Allahdan qeyrilərinə ümidsizlik duanın qəbul olmasını sürətləndirir.
4. Duanın qəbulu Allahın hikmətinə, iradəsinə əsaslanır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 41-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 41-ci ayəsi nə haqqındadır?
Əksinə, yalnız Onu çağıracaqsınız - O da əgər istəsə, aradan qaldırılması üçün dua etdiyiniz şeyi aradan qaldıracaqdır - və (Ona) qoşduğunuz şərikləri unudacaqsınız.
Əl-Ənam ‏ surəsi 41-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 41-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 41-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 41-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 41-ci ayənin təfsiri nədir?
"Əksinə, (təhlükə zamanı) yalnız Onu çağırarsınız. Əgər istəsə, Allah Onu çağırmağınıza səbəb olan çətinliyi aradan qaldırar. Allaha şərik güman etdiklərinizi (qiyamət günü) unudarsınız.” Nöqtələr Əzabın götürülməsinin səbəbi ya höccətin, dəlillərin tamamlanması məqsədidir, ya da qövmün halının dəyişilməsi. Necə ki, "Yunus” surəsinin 98-ci ayəsində buyurulur: "İman gətirdiklərinə görə onları zillət əzabından azad etdik.” Bildirişlər 1. İnsan çətin hadisələrlə qarşılaşdığı zaman bütün uydurma məb...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.