Əl-Ənam ‏ surəsi · 39-cu ayə

Bizim ayə və nişanələrimizi təkzib edənlər (cəhl və küfr) zülmətlər(in)də olan karlar və lallardır. Allah istədiyini (hidayət olunması üçün kifayət edəcək qədər dəlil və nişanələr təqdim olunduqdan sonra) azğınlıqda boşlayar və istədiyini (dəvəti qəbul etdikdən sonra) doğru yola qoyar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 39
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
«Bizim ayələrimizi təkzib edənlər qaranlıqlardakı kar və lal kəslərdir. Allah istədiyini (layiq olduqda) azdırar, istədiyi kəsi (layiq bilsə) doğru yolda qərar verər.»
Nöqtələr
Hidayət və zəlalət Allahın əlində olsa da, Allah insana ixtiyar vermiş və Öz işini hikmət əsasında qurmuşdur. Məsələn, insanın Allah yolunda cihadı onun İlahi hidayəti üçün zəminədir.  Eləcə də, insanın ətrafdakılara zülm etməsi onun azğınlığına səbəb olur.  İlahi ayələrin təkzibi isə Allah tərəfindən azdırılma ilə nəticələnir.
Bildirişlər
1. Küfr və inad insanı tanıma vasitələrindən məhrum edən zülmətdir.
2. Haqqın təkzibi və onun gizlədilməsi lallıq, haqqı eşitməmək isə karlıqdır.
3. İlahi ayələrin təkzibinin nəticəsi zəlalət və ilahi qəhrdir.
4. Doğru yolda hərəkət üçün eşidən qulağa, haqq danışan dilə və daxili nura ehtiyac vardır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 39-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 39-cu ayəsi nə haqqındadır?
Bizim ayə və nişanələrimizi təkzib edənlər (cəhl və küfr) zülmətlər(in)də olan karlar və lallardır. Allah istədiyini (hidayət olunması üçün kifayət edəcək qədər dəlil və nişanələr təqdim olunduqdan sonra) azğınlıqda boşlayar və istədiyini (dəvəti qəbul etdikdən sonra) doğru yola qoyar.
Əl-Ənam ‏ surəsi 39-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 39-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 39-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 39-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 39-cu ayənin təfsiri nədir?
«Bizim ayələrimizi təkzib edənlər qaranlıqlardakı kar və lal kəslərdir. Allah istədiyini (layiq olduqda) azdırar, istədiyi kəsi (layiq bilsə) doğru yolda qərar verər.» Nöqtələr Hidayət və zəlalət Allahın əlində olsa da, Allah insana ixtiyar vermiş və Öz işini hikmət əsasında qurmuşdur. Məsələn, insanın Allah yolunda cihadı onun İlahi hidayəti üçün zəminədir.  Eləcə də, insanın ətrafdakılara zülm etməsi onun azğınlığına səbəb olur.  İlahi ayələrin təkzibi isə Allah tərəfindən azdırılma ilə nəticə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.