Əl-Ənam ‏ surəsi · 37-ci ayə

(Kafirlər) dedilər: «Nə üçün ona (Musanın əsası və Salehin dəvəsi kimi) bir nişanə və möcüzə nazil olmayıb?». De: «Allah (sizin istədiyiniz qəbildən olan) bir nişanə nazil etməyə qadirdir. Lakin onların çoxu bilmirlər (ki, əgər bu nişanələrdən nazil olsa, Allahın ənənəvi qanunlarına əsasən, kafirlər onu inkar edən kimi əzab nazil olacaqdır).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 37
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Dedilər: "Nə üçün Allah tərəfindən ona (Məhəmmədə (s) bizim istədiyimiz) bir möcüzə nazil olmadı?” De ki, şübhəsiz, Allah nişanə və möcüzə gətirməyə qadirdir, Amma onların çoxu bilməz.”
Nöqtələr
Ayənin nazilolma şəni haqqında deyilir: Bəzi Qüreyş başçıları mənfi təbliğata əl ataraq İslam peyğəmbərinə deyirdilər ki, Quranın möcüzə olması bəs etmir, İsa, Musa, Saleh kimi möcüzələr gətir. 
Əlbəttə ki, həzrət Peyğəmbər (s) digər peyğəmbərlər kimi möcüzə gətirə bilərdi. Əgər o bu işi bacarmasaydı, o biri peyğəmbərlərin möcüzələri haqqında danışmazdı. Şiə və sünni rəvayətlərinə əsasən, İslam peyğəmbərinin Qurandan əlavə də möcüzələri olmuşdur.
Möcüzə gətirilməsində məqsəd Allahla peyğəmbər arasındakı xüsusi əlaqəni göstərməkdir. Bu işdə inadkar xalqın yersiz istəkləri səbəb ola bilməz. Əlbəttə ki, bəzən höccətin tamamlanması, bəhanələrə son qoyulması məqsədi ilə xalqın möcüzə istəyi yerinə yetirilir.
Tarix şahiddir ki, inadkar insanlara ardıcıl möcüzələr də təsir göstərmir. Belə möcüzələrdən sonra onlar Allahın qəzəbinə düçar olurlar. Quran buyurur ki, əgər biz mələkləri xalqa nazil etsəydik və ya ölülər onlarla danışsaydı, yenə də bəzi inadkarlar iman gətirməzdi. 
Bildirişlər
1. Müxaliflərin bəhanələrinə cavab verin.
2. Allah qadirdir, amma həm də hikmət sahibidir. O, qüdrətini o zaman göstərir ki, iş hikmətə əsaslansın.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 37-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 37-ci ayəsi nə haqqındadır?
(Kafirlər) dedilər: «Nə üçün ona (Musanın əsası və Salehin dəvəsi kimi) bir nişanə və möcüzə nazil olmayıb?». De: «Allah (sizin istədiyiniz qəbildən olan) bir nişanə nazil etməyə qadirdir. Lakin onların çoxu bilmirlər (ki, əgər bu nişanələrdən nazil olsa, Allahın ənənəvi qanunlarına əsasən, kafirlər onu inkar edən kimi...
Əl-Ənam ‏ surəsi 37-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 37-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 37-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 37-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 37-ci ayənin təfsiri nədir?
"Dedilər: "Nə üçün Allah tərəfindən ona (Məhəmmədə (s) bizim istədiyimiz) bir möcüzə nazil olmadı?” De ki, şübhəsiz, Allah nişanə və möcüzə gətirməyə qadirdir, Amma onların çoxu bilməz.” Nöqtələr Ayənin nazilolma şəni haqqında deyilir: Bəzi Qüreyş başçıları mənfi təbliğata əl ataraq İslam peyğəmbərinə deyirdilər ki, Quranın möcüzə olması bəs etmir, İsa, Musa, Saleh kimi möcüzələr gətir.  Əlbəttə ki, həzrət Peyğəmbər (s) digər peyğəmbərlər kimi möcüzə gətirə bilərdi. Əgər o bu işi bacarmasaydı, o...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.