Əl-Ənam ‏ surəsi · 22-ci ayə

(Yada salsınlar) o gün(ü) ki, onların hamısını (Qiyamət səhnəsində) bir yerə toplayacaq, sonra Allaha şərik qoşmuş kəslərə «haradadır sizin (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şərikləriniz?! (Nə üçün sizin dadınıza çatmırlar?!)» deyəcəyik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 22
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bir gün onları birlikdə hüzura gətirər (məhşur edər), sonra şərik qoşanlara deyərik: "Özünüz üçün (Allah) zənn etdiyiniz şərikləriniz haradadır?”
Nöqtələr
Müşriklərin qiyamət günü zəlilcəsinə dil çıxararaq yalvarması onların məhrumluq nişanəsidir. Bu məhrumiyyətə əvvəlki ayədə işarə olunmuşdur.
Ayədə şirk nəzərdə tutulsa da, Allahın övliyalarından qeyrilərini rəhbərliyə seçənlər və məsum övliyalarla müxalifətə qalxanlar da bir növ müşrik sayılırlar. Bu məsələyə "camieyi-kəbirə” ziyarətində də toxunulur. Hədisdə deyilir: "Bizim sözümüzü və yolumuzu inkar edənlər Allahın sözünü inkar edənlər kimidir və belə bir şəxs müşrik yerindədir.” 
Bildirişlər
1. Qiyamət mühakiməsi açıq-aşkardır.
2. Hər bir əqidə, eşq və pərəstişdən qabaq qiyamət gününün sorğusuna hazır olaq.
3. Qiyamət günü hətta müşriklər üçün də tövhidin haqq olaraq zühur günüdür.
4. Şirk puç xəyaldan başqa bir şey deyildir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 22-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 22-ci ayəsi nə haqqındadır?
(Yada salsınlar) o gün(ü) ki, onların hamısını (Qiyamət səhnəsində) bir yerə toplayacaq, sonra Allaha şərik qoşmuş kəslərə «haradadır sizin (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şərikləriniz?! (Nə üçün sizin dadınıza çatmırlar?!)» deyəcəyik.
Əl-Ənam ‏ surəsi 22-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 22-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 22-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 22-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 22-ci ayənin təfsiri nədir?
"Bir gün onları birlikdə hüzura gətirər (məhşur edər), sonra şərik qoşanlara deyərik: "Özünüz üçün (Allah) zənn etdiyiniz şərikləriniz haradadır?” Nöqtələr Müşriklərin qiyamət günü zəlilcəsinə dil çıxararaq yalvarması onların məhrumluq nişanəsidir. Bu məhrumiyyətə əvvəlki ayədə işarə olunmuşdur. Ayədə şirk nəzərdə tutulsa da, Allahın övliyalarından qeyrilərini rəhbərliyə seçənlər və məsum övliyalarla müxalifətə qalxanlar da bir növ müşrik sayılırlar. Bu məsələyə "camieyi-kəbirə” ziyarətində də t...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.