Əl-Ənam ‏ surəsi · 165-ci ayə

Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən (maddi və mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur. Doğrudan da Rəbbin tez cəza verəndir və həqiqətən elə O, çox bağışlayan və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 165
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Odur sizi yer üzünə canişin qərar verən, bəzilərinizin dərəcəsini bəzilərinizin dərəcəsindən üstün buyuran. Bununla sizə verdiklərinə münasibətdə sizi sınayır. Həqiqətən, Rəbbin tez cəzalandırandır. Şübhəsiz ki, O, bağışlayan və mehribandır.”
Nöqtələr
"Ənam” surəsi ilahi həmdlə başladı və ilahi rəhmətlə başa çatdı.
Yer üzünün canişinləri dedikdə, ya Allahın yer üzündəki canişinləri, ya da bugünkü insanın keçən ümmətlərə canişin olması nəzərdə tutulur.
Bildirişlər
1. İnsan Allahın xəlifəsi, yer üzünün əmiridir. Onu varlığın əsiri saymayın.
2. İnsanlar arasındakı fərqlər və ilahi sınaqlar hikmətə əsaslanır, xalqın inkişaf və tərbiyəsi yolundadır, Allahın rübubiyyətindən qaynaqlanır.
3. Verilən nemətlərin arasındakı fərq kiminsə üstünlüyünü göstərmir, sadəcə, sınaq vasitəsidir.
4. Nəyimiz varsa, onu Allahdan bilək.
5. İnsana verilənlər və onun imkanları, sadəcə, imtahan dərəcəsini göstərir.
6. Sınaq başa çatdıqdan sonra Allah rədd olunmuşlarla tez hesab çəkər, əməli qəbul olunanlarla mərhəmətli davranar.
7. Ümid və qorxu yanaşı olmalıdır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 165-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 165-ci ayəsi nə haqqındadır?
Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən (maddi və mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur. Doğrudan da Rəbbin tez cəza verəndir və həqiqətən elə O, çox bağışlayan və mehribandır.
Əl-Ənam ‏ surəsi 165-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 165-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 165-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 165-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 165-ci ayənin təfsiri nədir?
"Odur sizi yer üzünə canişin qərar verən, bəzilərinizin dərəcəsini bəzilərinizin dərəcəsindən üstün buyuran. Bununla sizə verdiklərinə münasibətdə sizi sınayır. Həqiqətən, Rəbbin tez cəzalandırandır. Şübhəsiz ki, O, bağışlayan və mehribandır.” Nöqtələr "Ənam” surəsi ilahi həmdlə başladı və ilahi rəhmətlə başa çatdı. Yer üzünün canişinləri dedikdə, ya Allahın yer üzündəki canişinləri, ya da bugünkü insanın keçən ümmətlərə canişin olması nəzərdə tutulur. Bildirişlər 1. İnsan Allahın xəlifəsi, yer ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.