Əl-Ənam ‏ surəsi · 154-cü ayə

Sonra (nemətin) yaxşılıq edən, onu (kitabı) yaxşı bilən və özündə və öz cəmiyyətində gözəl şəkildə həyata keçirən şəxsə tamamlanması, eləcə də bəlkə Rəbblərinin görüşünə (Ona qovuşacaqlarına) iman gətirsinlər deyə hər bir şeyi (onun şəriətinin əsas və qollarını) müfəssəl bəyan etmək və (onlara) hidayət və rəhmət amili olması üçün Musaya kitab (Tövrat) verdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 154
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sonra Musaya kitab (Tövrat) verdik ki, yaxşı əməl sahibi olan üçün (neməti) tamamlayaq və (bu kitab) bütün məsələləri, hidayət və rəhmət vasitələrini açıqlayan olsun.) Bəlkə xalq öz Rəbbi ilə görüşə iman gətirsin.”
Nöqtələr
Quranla Tövrat arasında bir çox oxşarlıqlar vardır. İncildə moizə, Zəburda duaya istinad edilmişdir. Amma Tövratın Qurana oxşarlığı əsasən qanunlar baxımındandır. Bu baxımdan Tövrata "imam” da deyilmişdir.  Bu ayədə Tövrat da rəhmət, hidayət və hər şeyi açıqlayan kimi tanıtdırılmışdır.
Bildirişlər
1. Hər bir səmavi kitab öz dövrünə görə kamildir.
2. Yalnız yaxşı əməl və düşüncə sahibləri səmavi kitabın göstərişlərini və ilahi qanunları üstün tuturlar.
3. Səmavi kitabda insanın təkamülə çatması üçün onun bütün ehtiyacları bəyan olunmuşdur.
4. Səmavi kitab insanın hidayəti və ilahi rəhməti məqsəd daşıyır.
5. Səmavi kitabların və ilahi peyğəmbərlərin bir məqsədi də insanın qiyamətə iman gətirməsidir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 154-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 154-cü ayəsi nə haqqındadır?
Sonra (nemətin) yaxşılıq edən, onu (kitabı) yaxşı bilən və özündə və öz cəmiyyətində gözəl şəkildə həyata keçirən şəxsə tamamlanması, eləcə də bəlkə Rəbblərinin görüşünə (Ona qovuşacaqlarına) iman gətirsinlər deyə hər bir şeyi (onun şəriətinin əsas və qollarını) müfəssəl bəyan etmək və (onlara) hidayət və rəhmət amili ...
Əl-Ənam ‏ surəsi 154-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 154-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 154-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 154-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 154-cü ayənin təfsiri nədir?
"Sonra Musaya kitab (Tövrat) verdik ki, yaxşı əməl sahibi olan üçün (neməti) tamamlayaq və (bu kitab) bütün məsələləri, hidayət və rəhmət vasitələrini açıqlayan olsun.) Bəlkə xalq öz Rəbbi ilə görüşə iman gətirsin.” Nöqtələr Quranla Tövrat arasında bir çox oxşarlıqlar vardır. İncildə moizə, Zəburda duaya istinad edilmişdir. Amma Tövratın Qurana oxşarlığı əsasən qanunlar baxımındandır. Bu baxımdan Tövrata "imam” da deyilmişdir.  Bu ayədə Tövrat da rəhmət, hidayət və hər şeyi açıqlayan kimi tanıtd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.