Əl-Ənam ‏ surəsi · 153-cü ayə

«Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 153
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bu (göstərişlər) Mənim doğru yolumdur. Ona tabe olun və başqalarının yolunu getməyin ki, sizi Allahın yolundan kənar salsınlar. Bu, Allahın sizə sifarişidir. Bəlkə təqva yolunu tutasınız.”
Nöqtələr
Həzrət Peyğəmbər (s) bu ayənin izahı üçün nümayiş üsulundan istifadə etmişdir. O, mübarək əli ilə yerə bir düz xətt çəkmiş və buyurmuşdur: "Bu, doğru yoldur və o, birdir.” Sonra həzrət həmin xəttin sağından və solundan xətlər çəkmiş və buyurmuşdur: "Onlar isə şeytanın dəvət etdiyi yollardır.”  (İki nöqtədən yalnız və yalnız bir düz xətt keçir.)
Son üç ayənin axırında üç müxtəlif təbir işlədilmişdir: Şirk, qətl və günahı qadağan edən 151-ci ayənin sonunda "Bəlkə düşünəsiniz” təbiri işlədilmişdir. Yəni bu işlərin çirkinliyini azca düşünməklə qavramaq olar.
Yetimin malının hifzindən, ədaləti gözləməkdən, Allahla əhdə vəfadan danışan 152-ci ayədə "bəlkə xatırlayasınız” təbiri işlədilmişdir. Yəni ədaləti hər insanın fitrəti qəbul edir. Sadəcə xatırlamaq lazımdır.
Bu ayədə də Allahın göstərişlərinə tabeçilikdən danışılır. Ayədə "bəlkə təqva yolunu seçəsiniz” təbiri işlədilmişdir. Yəni təqva itaət yolunda atılan addımdır.
Nur bir, zülmət çox olduğu kimi, doğru yol bir, azğın yollar isə çoxdur.
Rəvayətlərdə oxuyuruq ki, doğru yolun görünən nümunəsi həzrət Peyğəmbər (s), məsum imamlardır. 
Bildirişlər
1. Bütün ilahi dinlərin əsasını Allah yoluna tabeçilik, Allahdan qeyrilərinin yolundan çəkinmək təşkil edir.
2. İlahi hökmlərə əməl vəhdət səbəbidir. Allahdan qeyrilərinin hökmləri ardınca getmək təfriqə yaradır.
3. Bəlkə də son üç ayənin axırına diqqət yetirdikdə belə bir nəticə əldə edilsin: İnsanın təkamül və kamal mərhələləri düşüncə, xatırlama və təqvadan ibarətdir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 153-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 153-cü ayəsi nə haqqındadır?
«Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır.»
Əl-Ənam ‏ surəsi 153-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 153-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 153-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 153-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 153-cü ayənin təfsiri nədir?
"Bu (göstərişlər) Mənim doğru yolumdur. Ona tabe olun və başqalarının yolunu getməyin ki, sizi Allahın yolundan kənar salsınlar. Bu, Allahın sizə sifarişidir. Bəlkə təqva yolunu tutasınız.” Nöqtələr Həzrət Peyğəmbər (s) bu ayənin izahı üçün nümayiş üsulundan istifadə etmişdir. O, mübarək əli ilə yerə bir düz xətt çəkmiş və buyurmuşdur: "Bu, doğru yoldur və o, birdir.” Sonra həzrət həmin xəttin sağından və solundan xətlər çəkmiş və buyurmuşdur: "Onlar isə şeytanın dəvət etdiyi yollardır.”  (İki n...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.