Əl-Ənam ‏ surəsi · 14-cü ayə

De: «Göylərin və yerin yaradanı olan və (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan qeyrisinimi özümə başçı və yardımçı götürüm?!». De: «Həqiqətən, mənə İslamı qəbul edən ilk şəxs olmağım əmr olunmuşdur və (mənə deyilmişdir ki,) əsla müşriklərdən olma(yım)».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 14
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, yoxsa Allahdan qeyrisini özünüzə rəhbər seçirsiniz? Halbuki O, göylərin və yerin yaradıcısıdır. Kimsə Ona yox, O hamıya təam verir. De ki, həqiqətən, mənə Onun əmrinə təslim olan ilk kəs olmaq əmr edilib. (Mənə deyilib ki,) heç vaxt müşriklərdən olma.”
Nöqtələr
Ayənin nazil olma şəni haqqında deyilir ki, Məkkə əhlindən bir qrupu Peyğəmbərə (s) dedi: "Sən fəqirlik səbəbindən bütlərə arxa çevirmisən. Biz sənin ehtiyaclarını ödəyərik, amma bizimlə müxalifətçilik etmə.” Ayə nazil oldu və həmin qrupa cavab verildi.
Bildirişlər
1. Xalqın düşüncəsini oyatmaq məqsədi ilə peyğəmbərin təbliğ və hidayət üsullarından biri sual formasında dəlillərin bəyanıdır.
2. İnsan üzləşdiyi ehtiyaclar və məhdudiyyətlər səbəbindən fitri olaraq himayədar və sığınacaq sorağındadır. Əsas məsələ odur ki, insan bu məqsədlə kimə üz tutur?
3. Allah göyü və yeri ilkin nümunə olmadan yaratmışdır. "Fatir” ilkin yaradan mənasını bildirir.
4. Ehtiyacları ödəmək Allahın vilayət şənindəndir.
5. Allahdan savay bütün varlıqlar ehtiyaclıdır.
6. Allah bəşəriyyətin həm xaliqi, həm də ruzi verəni olduğundan, insan Ona tabe olub vilayətini qəbul etməlidir.
7. Peyğəmbərə öz əqidəsini izhar etmək əmr olunur.
8. Rəhbər ayinlərin icrasında ilk addım atmalı və ən yüksək ixlasa, təslimçiliyə malik olmalıdır.
9. Allahdan qeyrisinin vilayətini, hakimiyyətini qəbul etmək şirkdir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 14-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 14-cü ayəsi nə haqqındadır?
De: «Göylərin və yerin yaradanı olan və (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan qeyrisinimi özümə başçı və yardımçı götürüm?!». De: «Həqiqətən, mənə İslamı qəbul edən ilk şəxs olmağım əmr olunmuşdur və (mənə deyilmişdir ki,) əsla müşriklərdən olma(yım)».
Əl-Ənam ‏ surəsi 14-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 14-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 14-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 14-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 14-cü ayənin təfsiri nədir?
"De ki, yoxsa Allahdan qeyrisini özünüzə rəhbər seçirsiniz? Halbuki O, göylərin və yerin yaradıcısıdır. Kimsə Ona yox, O hamıya təam verir. De ki, həqiqətən, mənə Onun əmrinə təslim olan ilk kəs olmaq əmr edilib. (Mənə deyilib ki,) heç vaxt müşriklərdən olma.” Nöqtələr Ayənin nazil olma şəni haqqında deyilir ki, Məkkə əhlindən bir qrupu Peyğəmbərə (s) dedi: "Sən fəqirlik səbəbindən bütlərə arxa çevirmisən. Biz sənin ehtiyaclarını ödəyərik, amma bizimlə müxalifətçilik etmə.” Ayə nazil oldu və həm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.