Əl-Ənam ‏ surəsi - Ayə: 125

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 125
Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 125. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 125 MÖHSÜN QƏRAƏTİ.

"Allah hidayət etmək istədiyi kəsin sinəsini İslam (İslam qəbulu) üçün genişləndirər. Hər kəsi (alçaq xislətinə görə) azdırmaq istəsə, sinəsini (iman üçün) bərkidir. O, sanki əzab-əziyyətlə göyə qalxar. Allah bu sayaq çirkinliyi iman gətirməyənlər üçün qərar verir.”
Nöqtələr
Allahın rəsulu buyurmuşdur: "Şərhe-sədr”, yəni geniş qəlb nişanəsi bir neçə şeydir: diqqət və axirətə doğru təvazökar meyl, hiyləgər dünyadan uzaqlıq, fürsət əldən çıxmamış ölümə hazırlıq.  İmam Səccad (ə) öz növbəsində Ramazan ayının iyirmi yeddinci gecəsində bu istəklərin əks olunduğu duanı oxumuşdur. 
İlahi hidayət və zəlalət dedikdə hidayət səbəblərinin ləyaqətlilər üçün hazırlanması, ləyaqətsizlər üçün aradan götürülməsi nəzərdə tutulur.
"Sədr” dedikdə ruh və qəlb nəzərdə tutulur. "Şərhe-Sədr” haqq və hidayətin qəbulu üçün ruhun ağıl və düşüncə üfüqünün genişləndirilməsidir. Bundan ötrü həvəslərdən və nəfs istəklərindən keçmək lazım gəlir. Şərhe-sədri, yəni genişlənmiş köksü olmayan kəs sanki yuvasından bayıra çıxa bilmir. Şərhe-sədrin nəticəsi dost və haqqı qəbul edən qəlblə müşayiət olunan bəsirət və nuraniyyətdir.
Ayədə incə bir elmi məqamla rastlaşırıq. Ayədən aydın olur ki, haqqı qəbul etməyə hazır olmayan kəsin köksü göyə qalxdıqca oksigenin azlığından sıxıntıya düşən kəsin köksü kimidir. Haqqı qəbul etməyənin köksü eynən atmosfer qatlarını yarıb yuxarı qalxan insanın köksü kimi sıxıntıya düçar olur.
İmam Riza (ə) buyurmuşdur: "Geniş köksün nişanəsi Allaha təslimçilik, ona əminlik, ilahi vədlərdən sevinc duymaqdır. Dar köksün nişanəsi isə tərəddüd və iztirabdır.” 
Pak qəlb sahibləri üçün geniş qəlb müəyyənləşdirmək, imandan qaçan inadkarları tövfiqdən məhrum etmək ilahi sünnələrdəndir.
Həzrət Musaya təbliğ əmr olunanda onun ilkin duası belə oldu: «Ey Rəbbim, köksümü genişləndir.»  Amma İslam rəhbəri dua üçün əl açmamış Allah ona geniş köks əta etdi. 
Bildirişlər
1. Haqqın qəbulu insandan tutum və daxili hazırlıq tələb edir.
2. Şərhe-sədr ilahi nemətdir.
3. Fitrət və əql yolundan çıxmaq ruh üçün sıxıntı amilidir.
4. Azğınlar zahirdə özlərini xoşbəxt göstərsələr də, əslində böyük sıxıntı içindədirlər.
5. Hövsələsizlik və tutumsuzluq bir növ ruhun çirkinliyidir.
6. Haqqa iman gətirməyən kəs tədricən çirkaba batar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.